
İran və Ermənistanın müqaviməti çökür: Zəngəzur Cənubi Qafqazın yeni marşrutu olacaq
Yusif Nəzərli
04:02 21.06.2025
Aktual
491
Xəbər verdiyimiz kimi Ermənistan parlamentinin sədri Alen Simonyan "Zəngəzur dəhlizi" ifadəsinin işlənməsinə qarşı çıxıb. Onun sözlərinə görə, bu, dəhliz yox, yol olacaq". Zəngəzur dəhlizi Cənubi Qafqaz regionunun geosiyasi və iqtisadi mənzərəsində mühüm yer tutan bir layihədir. Dəhliz Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək ki, bu da Ermənistan ərazisindən keçən birbaşa yolun açılması deməkdir və Azərbaycanın ərazi bütövlüyü və nəqliyyat əlaqələri baxımından çox vacibdir. Dəhliz vasitəsilə Azərbaycanın logistika və tranzit imkanları genişlənəcək, ticarət axınları daha səmərəli olacaq. Türkiyədən Orta Asiyaya quru yolu ilə birbaşa çıxış yaranacaq. Dəhliz Orta Dəhliz layihəsi çərçivəsində mühüm halqaya çevrilər ki, bu da region ölkələri üçün tranzit gəlirlərinin artması deməkdir. Rusiya dəhlizi regionda təsirini saxlamaq və genişləndirmək üçün bir vasitə kimi görür. İran isə bunun geoiqtisadi maraqları ilə toqquşa biləcəyini iddia edir. Əslində, Ermənistan üçün bu dəhliz iqtisadi baxımdan sərfəli ola bilər, lakin dəhlizin nəzarət mexanizmi ilə bağlı suverenlik və təhlükəsizlik narahatlıqları var. Nəticə etibarı ilə Zəngəzur dəhlizi təkcə nəqliyyat xətti deyil, həmçinin, regional geosiyasətin, enerji və ticarət xəritəsinin, türkdilli inteqrasiyanın gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında əsas rola malik bir layihədir.
Siyasi şərhçi Əli Oruclu deyib ki, Ermənistanın necə adlandırmasından asılı olmayaraq, Zəngəzur dəhlizi mütləq açılmalıdır və açılacaq. Ekspert vurğulayıb ki, dəhlizi özünün "qırmızı xətti" hesab edən və dəhlizin açılmasına əngəl yaratmağa çalışan İran molla rejimi artıq öz mövcudluğunu qorumaq iqtidarında deyil:

"İsrail-İran müharibəsi Yaxın Şərqin yeni dizayn edilməsində müstəsna rol oynadığından bundan Cənubi Qafqaz da ciddi təsirlənəcək. İrəvan bölgədə Tehranın simasında iddialı bir müttəfiqini itirdi. Ukrayna-Rusiya müharibəsi yeni, daha dağıdıcı fazaya qədəm qoyur. İrəvanın qərbli dostları başda Fransa olmaqla Rusiyadan təhlükələrin qarşısını almağın və Yaxın Şərqdəki mürəkkəb dönəmdə öz maraqlarını müdafiə etməyin yollarını axtarmaqla məşğuldur".
Analitik qeyd edib ki, Azərbaycan tərəfi dəhlizdən keçən yüklərin və ordan istifadə edən insanların sərbəst, təhlükəsiz və heç bir yoxlamaya məruz qalmadan keçməsini və istifadəsini tələb edir: "Ermənistan isə bunun əksini istəyir. Görünür, erməni spiker A.Simonyanın bu fikri mövcud daxili gərginliyə görə dəhlizə "yol" adı verməklə daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Bununla da opponentlərinə daha bir müzakirə mövzusu və arqument vermək istəməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya