İranda kütləvi etirazlar və tətillər onuncu gününə qədəm qoyduğu bir vaxtda insan itkisi və kütləvi həbslərlə bağlı yeni məlumatlar yayılıb. Bununla bağlı, İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA məlumat yayıb.
"Sherg.az" HRANA istinadən xəbər verir ki, son 10 gün ərzində İranın 27 əyalətində yerləşən 92 şəhərdə ümumilikdə 285 etiraz aksiyası, tətil və küçə nümayişi keçirilib. Etirazlara 22 universitetdə tələbələr də qoşulub. Hesabata əsasən, etirazlar zamanı indiyədək ən azı 36 nəfər həyatını itirib. Ölənlərdən dördü 18 yaşdan aşağı olan vətəndaşlardır.
Bildirilir ki, həlak olanlar arasında təhlükəsizlik orqanının iki əməkdaşı da var.repressiyalar çərçivəsində 2000-dən çox insan saxlanılıb. Son günlərdə təhlükəsizlik qüvvələrinin xəstəxanalara və tibb mərkəzlərinə daxil olaraq yaralı etirazçıları həbs etməsi barədə də çoxsaylı məlumatlar yayılıb.