Raket komplekslərinin əsas təyinatı hava hücumundan müdafiə sistemlərinin, eləcə də onların qoruduğu mühüm obyektlərin 500 kilometrə qədər uzaqlıqda məhv edilməsidir. İlk dəfə olaraq “İsgəndər” raket kompleksi 1999-cu ilin avqustunda Moskva vilayətinin Jukovski şəhərində "MAKS" beynəlxalq aviasiya-kosmik salonunda təqdim edilib. Bəs, düşmənin “İsgəndər”inə qarşı Azərbaycanda hansı hava hücumundan müdafiə sistemləri var? 2017-ci ildə Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb. İnstitut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib. Xəbərdə qeyd olunub ki, Azərbaycan 2016-cı ildə İsraildən “OPV-62” gözətçi gəmiləri, havadan patrul xidməti üçün “Orbiter-1K” sursatı, “Barak-8” zenit-raket kompleksləri, “EL/M-2080 “Green Pine” hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, “Spike-NLOS” unikal raketləri, “EL/M-2288 AD-STAR” radarları, “Harop” hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, “SandCat” zirehli avtomobilləri satın alıb. Hesabatda o da qeyd olunub ki, Azərbaycan 2016-cı ildə İsraildən “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib. Ekspertlərə görə, “Dəmir günbəz” “İskəndər-M”ə qarşı öz effektivliyini göstərə bilir. Bu, dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. İsrail Azərbaycana ən mükəmməl kompleksi təklif edib.
“İsgəndər” uzaq məsafədən susdurulacaq
Turan
08:58 08.10.2020
Aktual
1115
Düşmənin heç bir təxribatı cavabsız qalmayacaq
Azərbaycanın hərbi arsenalında ən mükəmməl raket sistemləri var
Cəbhədə əzici məğlubiyyət yaşayan düşmən tərəfi tez-tez Azərbaycan ərazilərini “İsgəndər” raket kompleksi ilə vura biləcəyini iddia etməkdədir. Hətta baş nazir Nikol Paşinyan Azərbaycana qarşı “İsgəndər” və “Su-30SM” qırıcılarının tətbiqindən danışıb. Ermənistan tərəfinin hədələrinə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov xüsusi müşavirədə diqqət çəkib. Nazir bildirib ki, düşmən tərəfdən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, dərhal adekvat tədbir görüləcək. Məlumat üçün bildirək ki, “İsgəndər” Rusiyanın əməliyyat-taktiki raket kompleksləri ailəsidir. Bura “İsgəndər”, “İsgəndər-M”, “İsgəndər-K” və “İsgəndər-E” sistemləri daxildir.
Raket komplekslərinin əsas təyinatı hava hücumundan müdafiə sistemlərinin, eləcə də onların qoruduğu mühüm obyektlərin 500 kilometrə qədər uzaqlıqda məhv edilməsidir. İlk dəfə olaraq “İsgəndər” raket kompleksi 1999-cu ilin avqustunda Moskva vilayətinin Jukovski şəhərində "MAKS" beynəlxalq aviasiya-kosmik salonunda təqdim edilib. Bəs, düşmənin “İsgəndər”inə qarşı Azərbaycanda hansı hava hücumundan müdafiə sistemləri var? 2017-ci ildə Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutu Azərbaycanın əldə etdiyi silahlarla bağlı hesabat hazırlayıb. İnstitut Azərbaycanın əsas silah təchizatçılarının İsrail, Türkiyə və Rusiya olduğunu bildirib. Xəbərdə qeyd olunub ki, Azərbaycan 2016-cı ildə İsraildən “OPV-62” gözətçi gəmiləri, havadan patrul xidməti üçün “Orbiter-1K” sursatı, “Barak-8” zenit-raket kompleksləri, “EL/M-2080 “Green Pine” hava hücumundan müdafiə sistemləri radarları, LAHAT tank əleyhinə idarə edilən yüngül raketləri, “Spike-NLOS” unikal raketləri, “EL/M-2288 AD-STAR” radarları, “Harop” hücum və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, “SandCat” zirehli avtomobilləri satın alıb. Hesabatda o da qeyd olunub ki, Azərbaycan 2016-cı ildə İsraildən “Dəmir günbəz” hava və raket hücumundan müdafiə sistemi və bu kompleks üçün “Tamir” raketlərini sifariş edib. Ekspertlərə görə, “Dəmir günbəz” “İskəndər-M”ə qarşı öz effektivliyini göstərə bilir. Bu, dünyada öz imkanlarına görə analoqu olmayan sistemdir. İsrail Azərbaycana ən mükəmməl kompleksi təklif edib.
Hərbi ekspert Rəşad Süleymanov da “Şərq”ə açıqlamasında bildirib ki, “İsgəndər” operativ taktiki raket kompleksləri 2016-cı ildə Rusiya tərəfindən Ermənistanın arsenalına verilib. Ekspertin sözlərinə görə, ermənilər “İsgəndər”lə yanaşı, “Skad” raket komplekslərinə də malikdir, onun atış məsafəsi isə 300 kilometrə yaxındır:
“Amma bunlar köhnə texnikalardır və müəyyən problemləri mövcuddur. “İsgəndər” isə nisbətən yeni nəsil raketlərdir. Lakin Azərbaycanın çox güclü və müasir havadan müdafiə sistemləri mövcuddur. Silahlı Qüvvələrimiz tərəfindən düşmənin həmlələrinə qarşı bütün tədbirlər alınıb. Hazırda sahib olduğumuz havadan müdafiə sistemlərimiz ermənilərin istənilən raketlərini vaxtında aşkar edərək bəlli məsafədə sıradan çıxarmaq imkanına sahibdir. Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində müxtəlif növ operativ taktiki raket kompleksləri sistemləri var.
Bu sistemlər 430 kilometr məsafədə düşmənin istənilən hərbi-strateji hədəfini sıradan çıxarmağa, atəş nöqtələrini məhv etməyə qadirdir. Məsələn, “Lora” raket sistemlərini misal göstərmək olar.
Bundan başqa, İsrail istehsalı olan ekstra yaylım atəşinə malik raket sistemləri var ki, onlar 150 kilometrlik hədəfi yüksək dəqiqliklə məhv edə bilir. Yəni düşmənin heç bir təxribatı cavabsız qalmayacaq və dərhal cavabı veriləcək”.
R.Süleymanov deyib ki, sadəcə indiki dövrdə mümkün qədər həssas və diqqətli olmalıyıq:
“Ermənilər mülki insanları daim atəşə məruz qoyur, yaşayış məntəqələrinə ardıcıl raket zərbərələri endirirlər. Xüsusən, “Smerç” və “Toçka U” raketlərindən və kaset başlıqlardan istifadə olunur. Kaset başlıqları partlayış vaxtı geniş areala səpələnərək ciddi ziyan vura bilər. Ona görə də insanların naməlum əşyalar, metal parçaları gördükdə əl vurmasınlar və müvafiq qurumlara dərhal məlumat versinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media