"Kimsə vətəndaşa demir ki, günün 24 saatını maskada gəz" - Həkim tövsiyələr verdi
Məlahət Rzayeva
10:10 12.05.2020
Aktual
1101
Tibbi maskalardan istifadə tələbinin yerinə yetirilməsi ilə bağlı polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən reydlər keçirilir.
Xüsusən, ictimai nəqliyyatda, fəaliyyəti bərpa olunmuş sektorlarda, mağazalarda sanitar-gigiyenik qaydalara ciddi riayət edilməsi tələb olunur. Tibbi maskasız sərnişinlər ictimai nəqliyyatdan düşürülür, onlara irad bildirilir. Amma müşahidələrə əsasən deyə bilərik ki, heç də hamı tələblərə məsuliyyətlə yanaşmır. İctimai nəqliyyatda sərnişinlər polis əməkdaşının yaxınlaşdığını gördükdə cibindən, ya da çantasından maskanı çıxarıb taxır. Vətəndaşlar öz hərəkətlərinə haqq qazandırmaq üçün gün ərzində bir neçə maska almaq imkanlarının olmadığını deyir. Hətta bir maskadan bir neçə dəfə istifadə edənlər də var. Belə məlumatlar da var ki, Böyük Britaniya əhalisi tibbi maskanı istifadə etdikdən sonra sabunla yuyur, qurudur və təkrar istifadə edir. Bu nə dərəcədə düzgündür və yuyulan tibbi maska ilkin halındakı qoruyucu gücünü saxlayırmı?
Təcili Tibbi Yardın Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda Sumqayıtda istehsal olunan tibbi maskalar keyfiyyətlidir:
- Bilirsiz ki, pandemiya dövründə Sumqayıtda tibbi maska istehsal edən müəssisə işə salındı. Əlbəttə, bu, vətəndaşların sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən atılan ən mühüm addamlardan biri oldu. Onu da deyim ki, Sumqayıtda istehsal olunan tibbi maskaların keyfiyyəti yaxşıdır. Yəni, artıq ölkə daxilində tibbi maska istehsalına başlandığı üçün apteklərdə də maska qıtlığı aradan qalxıb. Bu birmənalıdır ki, virusdan, yoluxmadan qorunmağın ən mühüm, vacib, birinci şərti tibbi maskalardan istifadə etməkdir. Təəssüf ki, başqa çıxış yolumuz yoxdur. Və əlbəttə ki, gigiyenik qaydalara riayət etmək, sosial məsafə qaydalarını pozmamaq, yəni tövsiyələrə əməl etmək də vacib şərtlərdir. O ki qaldı, tibbi maskalardan uzun müddət istifadə məsələsinə, məncə, vətəndaşlar tibbi maskadan düzgün istifadə qaydalarını bilməlidir. Məsələn, qoruyucu maskalardan harada mütləq istifadə olunmalıdır – ictimai nəqliyyatda, metroda, deyək ki, marketlərdə, mağazalarda, 10-15 nəfər bir əraziyə toplaşıbsa, orada. Yoxsa, kimsə vətəndaşa demir ki, günün 24 saatını maskada gəz.
Evdəsinizsə, iş yerində otaqda təksinizsə, şəxsi avtomobillə hərəkət edirsinizsə və başqa şəraitlərdə, zamanlarda, yəni ictimai olmayan yerlərdə, toplumun olmadığı yerlərdə tibbi maska taxmağa ehtiyac qalmır. Harasa gedib qayıtdınız, maskanı çıxaracaqsınız. Maskada qalası deyilsiniz. Tibbi maskalardan uzun müddətli istifadə bu cür mümkündü. Məsələn, biz həkimlər iş saatlarımız daxilində demək olar, daim tibbi maskada oluruq. Mən, gün ərzində istifadə etdiyim maskamı çöl tərəfdən spirtləyirəm. Spirtdən daim istifadə edirəm. Çünki tibbi maskalar virus toplaya bilir. Ona görə də önləmi bu cür alıram. Amma maskaların yuyulub təkrar istifadəsinə gəlincə, maska keyfiyyətlidirsə, mümkün olar. Daha yaxşı olar ki, tibbi maska əgər təkrar istifadə ediləcəksə, qaynadılsın, sonra istifadə edilsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm