Körpə savaşçıdan xəbər var: Nə atası, nə də anası toxuna bildi - FOTOLAR


 Türkiyənin ən kiçik koronavirus xəstəsi, 45 günlük Amine Tepe bir həftə verdiyi mücadilədən sonra sağlamlığına qovuşub. O, bir həftədir müalicə aldığı reanimasiyadan tibb işçilərinin alqışları altında çıxarılıb. Hazırda körpənin sağlamlıq vəziyyəti yaxşılaşır.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 37 günlük olarkən test nəticələri müsbət çıxan Amine, xəstəliklə mübarizədə həyatını itirən Doktor Cəmil Taşçıoğlunun adı verilən xəstəxanada müalicə altına  alınıb. Bir həftə reanimasiyada qalan Amine koronavirusa qarşı mübarizədə kritik mərhələni keçib və  artıq evinə buraxılır. 



Körpəyə hər zaman qayğı göstərən həkimlər və tibb bacıları bu xoş xəbəri eşidib böyük sevinc yaşadılar. Amine Tepeni reanimasiyadan çıxarmaq üçün bütün hazırlıqlar görüldü. Bir tibb bacısı körpənin reanimasiya otağına gedib,  onu geyindirib və ağzına da maska taxıb.

Reanimasiya şöbəsinin qarşısında böyük həyəcan yaşanırdı. Amine xəstəxananın reanimasiya şöbəsindən səhiyyə işçilərinin alqışları altında çıxarıldı. Körpəni atası Murat Tepe və  xalası qarşılayıb. Anası Tuğba Tepe isə evdə karantində olduğu üçün qızını qarşılamağa gələ bilməmişdi. Körpəni qucağına alan xalasının xoşbəxtliyi gözlərindən oxunurdu. Karantin müddəti yenicə bitdiyinə görə atası qızını görəndə "Çox darıxdım, amma qucağıma ala bilmirəm” deyib göz yaşlarını saxlaya bilmədi.



Qızına toxuna bilməyən ata Murat Tepe daha sonra bunları söyləyib:

 "Allah hamınızdan razı olsun. Tibb bacılarından, həkimlərdən. Fərqli bir hissdir, sanki qızım yenidən doğulub. Çox üzr istəyirəm, üzgünəm, evdə qala bilmədim. Çox pis hissdir, Allah heç kimə göstərməsin. Anasının nəfəs darlığı var, bacısının da arada bir qızdırması olur. Evdə müalicələrini alırlar”.

Turan