
Kreml Bakıdan üzr istəməyəcək -ANALİTİK
Yusif Nəzərli
07:34 07.02.2025
Aktual
531
Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməli və Rusiyadan izahat tələb etməlidir
Qazaxıstan AZAL sərnişin təyyarəsinin vurulma qəzası ilə bağlı aparılan araşdırmanın 53 səhifə tutan ilkin nəticələrini yayıb.
AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulması ilə bağlı elan etdiyi ilkin rəydə Astana "nə şiş yansın, nə kabab" prinspi ilə çıxış edib. Qazaxıstanın yaratdığı istintaq komissiyası təyyarənin məhz xarici təsir nəticəsində ağır zədələr aldığını, idarəetməsini xeyli dərəcədə itirdiyini, Qroznı aeroportunda xalça (aeroportun təyyarələr üçün bağlanması) əməliyyatının bizim təyyarənin vurulmasından yalnız 8 dəqiqə sonra elan olunduğunu təsdiq edib: “İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı deşik və deşiksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də, digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir. Bundan əlavə, Komissiya Braziliya, Azərbaycan və Qazaxıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə əlavə məhkəmə ekspertizası üçün zədələrdə qala biləcək kənar obyektlərin çıxarılması üzrə tədbirlər həyata keçirib. Nəticədə, deşiklərdən çox sayda kənar obyekt çıxarılıb”.
Qazaxıstanın hökumət komissiyasının ilkin rəyindən dərhal sonra “Rosaviasiya” da bəyanat yayıb ki, "Qazaxıstanın hesabatı AZAL təyyarəsinin qəzaya uğramasının səbəbini izah etmir". Yəni Rusiya rəhbərliyi təyyarəmizi vurmasına görə hələ də məsuliyyətdən yayınmağa çalışır.
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadənin “Sherg.az"a açıqlamasına görə, Qazaxıstanın hesabatı təyyarə qəzasının səbəbini izah etmir. Yəni AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda yazılanlar məlumun elanıdır:

“Azərbaycan dövlətinin və cəmiyyətinin isə Qazaxıstandan gözləntiləri fərqli idi.
Qazaxıstan AZAL təyyarəsinin vurulması ilə bağlı obyektiv mövqe ortaya qoymadı. Görünür, Rusiya Qazaxıstana ciddi siyasi təzyiqlər edib. Qazaxıstan təyyarənin "Pantsir1" raket vasitəsilə vurulduğunu və təyyarənin qəsdən Xəzər üzərinə yönləndirməsini açıqlaya bilmədi. Qazaxıstan tərəfi təyyarəni Rusiyanın vurduğunu açıqlamadı. Hesabatda sadəcə qeyd edilir ki, təyyarə yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Bizim isə gözləntilərimiz təyyarənin vurulandan sonra başına gələnlərlə bağlı idi ki, qəzalı təyyarənin təcili enişi üçün niyə şərait yaradılmayıb, havada saxlanılıb yerə çırpılmasına gətirib çıxarılıb, o aydınlaşsın. Yoxsa, təyyarənin kim tərəfindən, nə ilə, nə vaxt vurulması kimi məsələlər onsuz da ilkdən aydın idi. AZAL mülki təyyarəsinin Rusiya siyasi hakimiyyətinin göstərişi ilə Azərbaycana siyasi təzyiq etmək üçün vurulmasını istisna etmirəm. Rusiya Azərbaycandan rəsmi üzr istəmir və təzminat ödəməsini üzərinə götürmür. Rusiya ədalətsiz olaraq, beynəlxalq hüquqa zidd olaraq dünya ilə müharibə aparır. Ukraynada milyonlarla insan öldürüb, şəhərlər dağıdıb. Əlbəttə ki, Azərbaycandan üzr istəməyəcək. Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməli və Rusiyadan izahat tələb etməlidir".
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya