
Kreml qaydaları daha da sərtləşdirir: Rusiyadan ölkəmizə 100 min azərbaycanlı axın edə bilər
Yusif Nəzərli
09:10 16.02.2025
Aktual
672
Həmin şəxslərlə bağlı zəruri fəaliyyətlər düşünülməlidir
“Belə təklif irəli sürülür ki, bu şəxslər ölkəyə öz kapitalları ilə dönərsə, uğurlu şəkildə biznes yatırımları edə bilərlər. Onlara güzəştlər edilməli, dəstək göstərilməlidir”
Rusiyada miqrantlara qarşı sərt münasibət davam edir. Duma deputatları kəskin çıxışlar edərək miqrantların ölkədən çıxarılmasını tələb edir. Təbii ki, Rusiyanın nəzərində “arzuolunmaz” şəxslərə soydaşlarımız da daxildir. Zatən 2024-cü ildən etibarən miqrantlara qarşı qaydaların sərtləşdiyii məlum idi. İlin sonlarında isə vəziyyət daha da gərginləşdi. Dekabr ayında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə şəxsən cənab Prezidentin dövlət və xalq maraqlarına söykənən sərt davranışı şimal qonşumuzu aqressivləşdirdi. Və bu, miqrantlara münasibətdə də özünü göstərməyə başladı. Sosial şəbəkələrdə Rusiya ərazisində yaşayan və işləyən soydaşlarımızın ölkədən çıxarılması prosesinin sürətləndiyi, daha da betəri – soydaşlarımızın polis məntəqələrində saxlandığı, hətta onlara Ukrayna ilə müharibədə iştirak şərti qoyulduğu barədə məlumatlar yayıldı. Hazırda narahatedici məlumatlar yenə daxil olmaqdadır.
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Rusiyada ümumilikdə 800 minə yaxın miqrantın olduğu bildirilir, azərbaycanlı miqrantların sayı isə təxminən 100 mindir:

- Rusiyada miqrant sayına görə azərbaycanlı miqrantlar 5-ci yerdədir. Rəsmi məlumatlarda azərbaycanlı miqrantların sayı 110 min göstərilir. Bu, Rusiya Daxili İşlər Nazirliyinin 2024-cü ilin sentyabr ayına olan məlumatıdır. Mərkəzi Asiyadan olan miqrantların sayı dəfələrlə çoxdur. Məlumdur ki, Rusiyada əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qalması şərtləri sərtləşdirilir. Artıq bir neçə vaxtdır, miqrasiya qanunvericiliyinin təkmilləşməsi ilə bağlı bu və ya digər yeniliklər barədə məlumatları gündəmə gətirilir. Səbəb miqrasiya sahəsində nizam-intizama nail olmaqdır. Lakin bu da antimiqrant ritorikasını gücləndirir, nəticədə yerli əhali ilə miqrantlar arasında münasibətlər gərginləşir, xüsusilə də miqrantların kompakt yaşadığı bölgələrdə. Həmçinin, miqrasiya qaydalarının sərtləşməsi Rusiyada əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edir. Birmənalı şəkildə deyə bilərik ki, miqrasiya qaydalarının sərtləşməsi əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edəcək, əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq. Çünki Rusiya vətəndaşlığı alanlara bu qaydalar şamil edilmir. Qaydaların sərtləşməsi məhz əməkçi miqrantlara hesablanıb. Yeni qaydalara görə xarici ölkə vətəndaşları qeydiyyat üçün müraciət etməlidirlər. Əgər onların Rusiya ərazisində qalmağa hər hansı əsasları varsa, o zaman şəxsin leqallaşdırılması baş verir, ona ölkə ərazisində qalmağa icazə verilir, əsas olmadıqda isə deport edilirlər. Rusiya ərazisində qeyri-qanuni yaşayanlar çoxdur. Rusiya hökuməti də zaman-zaman miqrasiya qanunvericiliyini təkmilləşdirmək və sərtləşdirməkdə, miqrantlara, ümumiyyətlə, miqrasiya məsələlərinə dövlət nəzarətinin güclənməsində maraqlıdır. Təkcə azərbaycanlı miqrantlara qarşı deyil sərtlik, ümumən qanunsuz miqrasiyaya qarşıdır.
Millət vəkili bildirdi ki, miqrasiya qaydalarının sərtləşməsi Rusiyadan ölkəmizə axını şərtləndirəcək:
- Ölkəyə axın olacaq, amma bu say o qədər böyük deyil ki, əmək bazarında problem yaratsın və ya hansısa digər çətinlik ortaya çıxsan. Bu insanlar cəmiyyətə tam inteqrasiya olunmuş şəxslərdir. Həmin şəxslərlə bağlı zəruri fəaliyyətlər düşünülməlidir. Belə təklif irəli sürülür ki, bu şəxslər ölkəyə öz kapitalları ilə dönərsə, uğurlu şəkildə biznes yatırımları edə bilər. Onlara güzəştlər edilməli, dəstək göstərilməlidir. Kimin ki sərmayəsi yoxdur, o şəxslər də işlə təmin edilsinlər. Bu 2 vacib müstəvidə işlər həyata keçirmək olar. İşğaldan azad olunmuş Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında hazırda meqa-layihələr icra olunur, işçi qüvvəsinə ehtiyac var. Müəyyən ixtisaslara malik şəxslər bacarıqlarına uyğun işə cəlb olunurlar. Yerli mütəxəssislərə üstünlük verilir, müəyyən sahə üzrə yerli mütəxəssis olmadıqda əcnəbi mütəxəssis işə cəlb olunur. Ölkəyə gələnlər də işləsinlər, mütəxəssisdirlərsə, onların işlə təminatı mümkün olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə ASEAN-ın Dialoq Tərəfdaşı oldu
18:53 21.07.2026
Gündəm
Onları Ukrayna sərhədinə göndərin! - Lukaşenko
18:47 21.07.2026
Dünya
Böyük Britaniya elektron viza sisteminə keçir
18:40 21.07.2026
Dünya
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
18:31 21.07.2026
Hadisə
Rusiyadan Özbəkistan məhsullarına qadağa
17:57 21.07.2026
Dünya
KİV: İranla müharibə səbəbindən Pentaqonun büdcəsi sürətlə tükənir
17:43 21.07.2026
Gündəm
İranda qadınlara motosiklet sürməyə icazə verildi
16:56 21.07.2026
Gündəm
Özgür Özel CHP ilə vidalaşıb, yeni partiya yaradacağını açıqlayıb
15:51 21.07.2026
Siyasət
Avropanın iqtisadi nəhəngi Azərbaycana daha çox yaxınlaşır - ŞƏRH
15:49 21.07.2026
Gündəm
Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
15:46 21.07.2026
Gündəm
SEPAH dayanmır: Yeni müharibə qaçılmazdır
15:35 21.07.2026
Dünya
“Semaşko”da plastik borudan xərək “rüsvayçılıq”dır?
15:31 21.07.2026
Aktual
Kəlbəcərdə partlayış - 3 qurum birgə məlumat yaydı
14:57 21.07.2026
Hadisə
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - Tofiq Zülfüqarov
14:35 21.07.2026
Müsahibə