Lavrov manevr edir ! - “Açıqlamasının arxasında məkrli oyun dayanır”
Fidan Həmişəyeva
13:36 18.01.2021
Aktual
629
Rusiya Xarici işlər naziri Sergey Lavrov Qarabağdakı qondarma rejimdən danışıb. O bildirib ki, rəsmi Moskvanın “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımaq fikri yoxdur:
““Bu bölgədəki bütün məsələlərin burada yerləşən ölkələr və ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunmasının vacibliyi qənaətindən çıxış edirik”. Lavrov bildirib ki, Rusiya Federasiyası bölgədə sülhü, sabitliyi və təhlükəsizliyi təmin edəcək həll tapmağa kömək etməyə hazırdır.
Qeyd edək ki, zaman-zaman Rusiya tərəfinin bu cür açıqlamalarının şahidi olmuşuq. Kreml Qarabağdakı hərbi xunta rejiminin müstəqilliyini tanımaq fikri olmadığını söyləsə də, tamamilə əks addımlar atıb. Bu baxımdan Lavrovun söylədiklərində səmimi olub-olmadığı sual altındadır.
Rusiya XİN başçısının bəyanatını “Sherg.az”a dəyərləndirən Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Rusiyanın Azərbaycana münasibəti necədirsə, biz də adekvat davranış sərgiləməliyik:
“Kiminsə ruslarla dostluğu, tanışlığı, ailə münasibətləri ola bilər, lakin bu məsələlərin dövlət siyasətinə aidiyyəti olmamalıdır. Rus bizə düşmən münasibət bəsləyirsə, biz də eyni davranışı göstərməliyik.
Lavrovun hər hansı bir açıqlaması bizim üçün maraqlı olmamalıdır. Lakin mütləq bilməliyik ki, bu açıqlamanın arxasında bir məkrli oyun dayanır.
S.Lavrov başqa bir fikirlər səsləndirib. O, söyləyib ki, üçtərəfəli bəyanatın arxasında gizli məqamlar yoxdur. Əlbəttə, onun dedikləri inandırıcı deyil.
Ruslar indiki mərhələ üçün hesab edirlər ki, belə fikirlər səsləndirmək lazımdır. Bütün bunlar onların iş planı olduğu üçün də bu cür açıqlamalarla çıxış edirlər. Amma baş verənlərə münasibətimiz birmənalı olmalıdır: Rusiya zamanında torpaqlarımıza gəlib. İki gün sonra 20 Yanvardır.
Azərbaycan xalqı fərqində olmalıdır ki, Lavrov, Putin və ya başqası nə deyirsə desin, ortada konkret əməllər var. Bu əməllər qətiyyən unudulmamalıdır. Ona görə də hər bir vətəndaşımız çevik, ayıq-sayıq olmalıdır.
Torpaqlarımızı işğaldan azad edən əsgərlərimizin, şəhid və qazilərimizin qədrini bilməliyik. Yaşadıqlarımızı unutmaq olmaz. Bu baxımdan Rusiya rəsmiləri söylədiklərində səmimi deyillər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat