Lukaşenkonun Paşinyan barədə söylədikləri həm də Putinin mövqeyidir -ŞƏRH
Yusif Nəzərli
14:02 30.01.2025
Aktual
615
Ermənistan hökuməti son günlərdə Belarusla diplomatik əlaqələrin tamamilə kəsilməsi mövzusunu müzakirə edir. Bu barədə “Hraparak” hökumətdəki mənbələrinə istinadən məlumat yayıb. Nəşr yazır ki, son yarım ildə bir nəfər də olsa Belarus rəsmisi İrəvana səfər etməyib. Belarus Prezidenti Aleksandr Lukaşenko müharibədə Azərbaycanın qələbəsini dəstəklədiyini açıqladıqdan sonra İrəvanın Minskdəki səfiri geri çağırıldı. Son aylarda demək olar ki, heç bir vacib diplomatik təmas qurulmayıb. Həmçinin Lukaşenkonun Ermənistan, Qarabağ məsələsi və Baş nazir Nikol Paşinyanla bağlı son açıqlamaları ölkədə ciddi narazılıqla qarşılandı. Maraqlıdır ki, hələ də nə Baş nazir administrasiyası, nə də Xarici İşlər Nazirliyi Lukaşenkoya rəsmi cavab verib. Hər kəs Belarus liderinin o sözləri Rusiya Prezidenti Vladimir Putindən xəbərsiz deməyəcəyini yaxşı anlayır. Qəzet Vladimir Putin və Nikol Paşinyan arasında baş tutan son telefon danışığının çox gərgin keçdiyini iddia edir. Bizdə məlumat var ki, söhbət elə də yaxşı keçməyib. Paşinyan danışıq zamanı özünə haqq qazandırmağa çalışıb, Avropa İttifaqına üzvlük prosesinin Rusiyadan üz çevirmək olmadığını deyib. Lakin Putin çox quru şəkildə bu addımın Ermənistan üçün heç də yaxşı nəticələnməyəcəyini bildirib. Məhz bu səbəbdən, Paşinyan hələ ki Lukaşenkoya cavab olaraq konkret ciddi addımlar atmaya, sadəcə bir neçə bəyanatla kifayətlənə bilər. Qeyd edək ki, Aleksandr Lukaşenko təkrar prezident seçildikdən sonra ilk açıqlamasında Qarabağın “itirilməsinə” görə Nikol Paşinyanı günahlandırıb. O, baş nazirin Ermənistanın sonunu gətirəcəyini bildirib.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Ermənistan və Belarus arasındakı münasibətlər Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra gərgin olaraq davam edir:
“Eyni zamanda Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan höküməti hər vəchlə Rusiyaya qarşı siyasət yürütməyə başlayıb. Amma Ermənistanın açıq şəkildə Rusiyaya etirazını bildirməyə gücü çatmır. Buna görə də əsas etiraz gücünü Belarusun üzərinə yönəldir. Həmçinin Rusiyada da öz fikirlərini Belarus üzərindən Ermənistana çatdırır. Aleksandr Lukaşenkonun Ermənistan və Nikol Paşinyan barədə söylədikləri təkcə öz fikirləri deyil, eyni zamanda Rusiyanın və Vladimir Putinin mövqeyidir”.
Ekspert bildirib ki, gərginləşən Ermənistan Belarus münasibətləri Rusiya-Ermənistan əlaqələrinin normal getmədiyinin göstəricisidir:
“Nəzərə almaq lazımdır ki, Belarus və Ermənistan arasında müəyyən qədər iqtisadi əlaqələr var. Xüsusilə Serj Sarkisyan Ermənistan prezidenti olduğu dönəmlərdə Lukaşenkonun rəhbərlik etdiyi Belarus və Ermənistan arasında çox sıx münasibətlər var idi. Lakin İrəvan və Minsk arasındakı indiki gərginlik uzun müddət davam edəcək. Digər tərəfdən Belarus və Azərbaycanın çox yaxşı əlaqələri mövcudur və rəsmi Minsk dəfələrlə rəsmi Bakının haqq işini dəstəklədiyini bəyan edən ölkələrdəndir. Bu isə Ermənistan qıcıq yaradır və iki ölkə münasibətlərinə mənfi təsir göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi