Maskaları dezinfeskiya edib təkrar istifadə olunması yanlışdır
17:52 30.05.2020
Aktual
742
Bütün tibbi maskalar birdəfəlikdir onları təkrarən istifadə etmək doğru deyil. Maskaların dezinfeksiya olunaraq yenidən istifadə olunması yanlışdır.
E-tibb.az xəbər verir ki, bunu tanınmış əczaçı Yıldız Türkaydın bildirib. O, N-95 maska deyil, cərrahi maska istifadə etməyi tövsiyə edib. Pandemiya dövründə bir çox maska çeşidlərinin gündəmə gəldiyini deyən mütəxəssis qeyd edib ki, əslində cərrahi maskalar istifadə üçün daha yararlıdır. N-95 maskalarını isə məhz yoluxucu xəstəliyi olanlarla yaxından təmasda olan tibb işçiləri taxmalıdır. Onun sözlərinə görə, bu maska bayırdan gələn havanı təmizləmək üçündür, maskanı taxan şəxsin verdiyi nəfəsi təmizləmək üçün nəzərdə tutulmayıb. Yəni həmin maska xəstə şəxsin viruslu nəfəsinin ətrafa yayılmasının qarşısını almır. Bu səbəbdən bu cür maska taxanlar onun üzərindən cərrahi maska da taxmalıdır.
Mütəxəssis deyib ki, maskanı çənə altına salmaq, alına qaldırmaq sonra yenidən istifadə etmək olmaz. Maskaları istifadə edəndən sonra cibə, çantaya qoymaq və sonra təkrar istifadə etmək də yanlışdır: "Maskaların hamısı birdəfəlikdir, onları təkrar istifadə etmək olmaz".
Son zamanlar maskaların dezinfeksiya olunub yenidən istifadə edilməsi məsələsinin gündəmə gəldiyini, hətta bəzi ölkələrdə N-95 maskalarının təkrar istifədəsi üçün dezinfeksiya olunması yönündə araşdırma getdiyini qeyd edən mütəxəssis hesab edir ki, maskaların hər hansı üsulla dezinfeskiyası onun bütünlüyünü, parçanın tamlığını pozaraq yararsız hala gətirir. Ona görə də bütün maskalar birdəfəlikdir, istifadədən sonra dezinfeksiya edib yenidən taxmaq olmaz.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə