
Metropolitenin yeni inkişaf proqramı ictimai nəqliyyatın inkişafına müsbət təsir edəcək - Ekspert
Yusif Nəzərli
13:21 27.06.2025
Aktual
539
Bakı Metropoliteni yay qrafikinə keçib. Məlumata görə, qrafik dəyişikliyi tədris ilinin başa çatması və yay mövsümü ilə əlaqədar məzuniyyətlər dövrünün başlanması, buna müvafiq olaraq da, sərnişin axınının azalmasına bağlıdır. Bildirilir ki, 28 May-Dərnəgül və 28 May-Əhmədli xəttində qatarlararası interval 2 dəfə artacaq. Amna nədənsə Həzi Aslanov- Dərnəgül xəttində intervalın nə qədər olacağı bildirilmir. Sanki bu xətt artıq yoxdur, Yaşıl xəttlə Qırmızı xətt ayrılıb artıq. Bu, hələ ki baş verməyibsə, niyə informasiya birtərəflidir, təəccüblüdür. İntervalın 2 dəfə artması sərnişin sıxlığının daha çox artacağı deməkdir. Zatən bu hal metroda artıq hiss olunur.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, dünya ölkələrində bu təcrübə var, qrafiklər sərnişin axınına uyğun tənzimlənir:

- Düzdür, burada infrastruktura ilə bağlı məsələlər də var. Yəni bizdə xəttlər eyni müstəvidə kəsişir, 3 xəttimiz, amma 2 depomuz var, 3-cü deponun tikintisinə hazırda başlanılıb. Bunlar texniki məhdudiyyətlərdir. Qatarlararası intervalın minimuma endirilməsi üçün bu məhdudiyyətlər aradan qaldırılmalıdır. Buna rəğmən yay-qış qrafiki həmişə tərtib olunub, dəmir yolunda da, metroda da. Təhlillər aparılır, sərnişin axını nəzərə alınır. Metropoliten illərdir ki, bu yanaşma ilə fəaliyyət göstərir və mövsümlə əlaqədar qrafik dəyişikliyi baş verir. Bu başqa mövzudur ki, ötən illər ərzində metro daha sürətlə inkişaf etməyib, yerin üstündə ictimai nəqliyyat daha çox yüklənib, ictimai nəqliyyatın çeşidləri - tramvay, trolleybus ləğv edilib, avtomobilləşməyə üstünlük verilib, bu da sıxlıq və tıxaclara səbəb olub. Metropolitenin yeni inkişaf proqramına əsasən yaxın 5 ildə yeni stansiyalar, 3-cü depo tikiləcək, bu da Yaşıl xətlə Qırmızı xəttin ayrılmasını təmin edəcək, bu da həm metronun, həm də ümumən ictimai nəqliyyatın inkişafına müsbət təsir edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual