Millət vəkili: "Həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar"
Şəymən Bayramova
10:08 29.03.2020
Aktual
738
“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışını etdilər. Belə müasir bir klinikanın tikilərək tam təchizatla istifadəyə verilməsinin özü bir hadisədir”.
Bunu sherg.az-a açıqlamasında millət vəkili, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H. Babaoğlu deyib ki, heç də həmişə və ya hər yerdə 100 min kvadratmetr ərazini əhatə edən, 575 çarpayılıq, cərrahiyyə, terapiya, təcili tibbi yardım, poliklinika, ürək və damar cərrahiyyəsi, neyrocərrahiyyə, hemodializ və digər şöbələri olan, 1500-dən artıq həkim və tibbi heyətin çalışacağı xəstəxana tikilərək istifadəyə verilmir: “Ancaq belə bir xəstəxananın hazırda dünyada və ölkəmizdə yaşadığımız kritik pandemiya mərhələsində açılmasının özü də bir hadisədir. Açılış zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, “Yeni klinika” tibb müəssisəsinin açılışı əslində bir müddət sonra baş tutacaqdı, ancaq hazırda ölkəmizi təhdid edən koronaviris təhlükəsi nəzərə alınaraq müəssisənin daha tez açılması üçün xüsusi tədbirlər görüldü. Doğurdan da hazırda koronavirus pandemiyası bütün dünya ölkələri üçün ciddi təhlükə yaratdığı kimi Azərbaycanı da təhdid edir. Ona görə də hazırda bu tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının səhhəti və sağlamlığına nə qədər diqqət göstərdiyinin göstəricisidir”.
Millət vəkili qeyd edib ki, əslində səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir:
“2004-cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Az qala bütün regionlarımızda diaqnostika mərkəzləri, şəhər xəstəxanaları tikilib əhalinin xidmətinə verilib ki, bu da koronovirus kimi pandemiyaya qarşı ölkəmizin səhiyyə infrastrukturunu və tibbi xidmətləri yetərli edir. Əlbəttə, xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir. Şübhəsiz ki, yüksək hazırlıqlı tibbi kadrlar olmasa, səhiyyə sisteminin effektiv işindən danışmaq olmaq . Ona görə də Azərbaycan Prezidenti həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Hazırkı çətin dövrdə də Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərirlər. Belə vəziyyətdə hər bir Azərbaycan vətəndaşı ümummilli təhlükəsizliyimizi təhdid edən koronavirus bəlasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməklə səmərəli mübarizə apara bilər. Ona görə də vətəndaşlıq məsuliyyəti bu gün hər zamankından daha aktual olmaqla, həm sıravi vətəndaşlarımızın, həm bütövlükdə cəmiyyətimizin, həm də həkimlərimizin və tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya