Millət vəkili: "Operativ Qərargahın qərarları tam yerinə yetirməlidirlər"
Şəymən Bayramova
13:44 27.03.2020
Aktual
783
Yeni “Covid 19” pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən vaxtında və düzgün addımlar atılıb. Verilən qərarla virus təhlükəsindən əhalini qorumaq üçün müəyyən qadağalar tətbiq olundu.
Millət vəkili Vüqar İskəndərov da koronavirusa qarşı ölkə miqyasında aparılan profilaktik tədbirləri müsbət dəyərləndirib. O hesab edir ki, dünyanın 160-dan çox ölkəsini cənginə alan yeni növ koronavirusun (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması üçün Azərbaycan hökuməti tərəfindən bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir. Bu baxımdan Azərbaycan hətta bir çox ölkələri qabaqlayır. Hazırda Azərbaycanın aidiyyəti qurumları koronavirus infeksiyasına qarşı çox ciddi tədbirlər həyata keçirirlər:
“Ölkə ərazisində ciddi izolyasiya tədbirləri tətbiq edilir. Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər ölkəmizdə təhlükəli epidemiyanın yayılmasını məhdudlaşdırmaq və əhalinin sağlamlığını təmin etmək məqsədi daşıyır” deyə millət vəkili əlavə edib. Onun sözlərinə görə, koronavirusun yayılmasına qarşı mübarizə milli təhlükəsizlik məsələsidir, hər bir fərdin və bütövlükdə cəmiyyətin sağlamlığının qorunmasına xidmət edir. Təbii ki, vətəndaşlarımız da diqqətli olmalı, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməli, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməlidirlər: “Xüsusilə də gənclərimiz atılan addımlarla bağlı əhalinin məlumatlandırılması işində fəallıq göstərməlidirlər. Son illər Azərbaycanda həyata keçirilən tədbirlər zamanı, həmçinin dövlət siyasətinin yerlərdə təbliğ olunmasında xüsusi fəallıq göstərən gənclərimiz bu günlərdə daha fəal olmalı, təbliğat məsələlərində ön sıralarda getməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya