Millət vəkili: "Qarşıda duran vəzifə Qələbəni siyasi yolla möhkəmləndirməkdir"
Turan
11:58 10.01.2021
Aktual
525
“Prezident 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə ölkəmizin ərazi bütövlüyünün bərpası, Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini bir daha nəzərə çatdırdı”.
Bu barədə “Sherg.az”a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.
Deputat bildirib ki, ölkə rəhbərinin də qeyd etdi ki, Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı gücünü, varlığını ortaya qoydu:
“İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Prezident müharibənin gedişində dəfələrlə bəyan etdi ki, “dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən xilas olmaq üçün bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı insanların başına ballistik bombalar yağdırdı. Ermənistandan fərqli olaraq Azərbaycan onların cavabını döyüş meydanında verdi. Hərbi əməliyyatlar dövründə yalnız hərbi hədəflərə qarşı əməliyyatlar aparıldı. Dinc əhalinin hədəfə götürülməməsi, ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi bir daha ölkəmizin ədalətli, məsuliyyətli, humanist siyasətinin bariz nümunəsidir”.
Parlament üzvü qeyd edib ki, Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi:
“Biz kimin kim olduğunu gördük və çoxları anladılar ki, Azərbaycanın ərazi bütövlüyü hər şeydən əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Qələbə xalqın gücünü, Azərbaycanın potensialını nümayiş etdirdi. Cənab Prezidentin də qeyd etdiyi kimi hazırda qarşıda duran vəzifə Qələbəni siyasi yolla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına imkan verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaqdan ibarətdir. Artıq həyatımızda yeni dövr başlayır. Dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm