
Minsk qrupunun "Fatihə"si oxundu - RƏY
Yusif Nəzərli
04:44 02.09.2025
Aktual
917
Hikmət Babaoğlu: "Heç zaman Minsk qrupunun hansısa qərarına istinad edilməyəcək"
ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, həm Minsk prosesinin, həm də ATƏT-in Fəaliyyətdə olan sədrinin fəaliyyətinə xitam verilib. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşüb və etibarsız elan edilib. Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib. Sözügedən qərarın qəbulu, mövcud reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisidir. Eyni zamanda Vaşinqton görüşündə əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır. Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin vəzifəsində polşalı diplomat Anjey Kasprşik çalışıb. Anjey Kasprşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutub.
Mühüm qərarın əhəmiyyətini "Sherg.az"a təhlil edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun bir struktur kimi ləğv edilməsi mühüm hadisədir. Deputatın sözlərinə görə, bu, Azərbaycanın diplomatik səylərinin, siyasi mücadiləsinin nəticəsidir:

"Bu qurum uzun müddət öz mandatı üzrə fəaliyyət göstərmədi. Münaqişəni həll etmək üçün cədhlər göstərmədi, ideyalar irəli sürmədi. Tam əksinə, işğalçı ölkəni gizli surətdə dəstəkləməklə status-kvonu qorumağa çalışdı. Dolayısı ilə problemi həll etməli olan struktur problem yaradan bir quruma çevrildi. Ona görə də Azərbaycan əldə etdiyi tarixi zəfərdən sonra diplomatik platformada bu gərəksiz qurumun ləğvi ilə bağlı təşəbbüslə çıxış etməyə başladı. Edilən həmlələr öz nəticəsini verdi. 8 avqustda Vaşinqtonda keçirilən görüşdən sonra Azərbaycan hər kəsə sübut etdi ki, belə qurumun mövcud olmasına ehtiyac yoxdur. Ermənistan hökuməti də belə bir qurumun mövcudluğuna ehtiyac görmədi. Bu isə Azərbaycanın qətiyyəti sayəsində mümkün oldu".
Parlamentari bəyan edib ki, ATƏT-in Minsk qrupunun ləğvinin arxasında xüsusi bir məqam var və ona ayrıca diqqət yetirmək lazımdır:
"Qurumun ləğvi ilə bərabər həm də onun fəaliyyəti dövründə aldığı bütün qərarlar, qəbul etdiyi bütün tövsiyələr də qüvvəsini itirmiş hesab olundu. Yəni bizim üçün problemə çevrilən qurumun ləğvi yerli-dibli vasitəçilik missiyasının da silinməsi baş verdi. Bu, öz-özlüyündə gələcək nəsillər üçün yaxşı bir mirasdır. Ona görə ki, heç zaman Minsk qrupunun hansısa qərarına istinad edilməyəcək. Keçmiş münaqişə tarixinin, torpaqlarımızın işğalının atributuna çevrilmiş, ictimai rəydə riyakar obrazı ilə yadda qalmış ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanda hər kəsin ürəyindən olan bir hadisədir. Çünki həmin qurum azərbaycanlıların duğuları ilə, hissləri ilə oynayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil