
Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik uğurudur - Politoloq
14:03 01.09.2025
Aktual
1156
Cənubi Qafqazda uzun illərdir davam edən geosiyasi mübarizələrin və diplomatik gərginliklərin mərkəzində duran ATƏT-in Minsk qrupu nəhayət ki, tarixə qovuşur. Azərbaycanın illərdir apardığı siyasi və diplomatik səylər, xüsusilə də Minsk qrupunun fəaliyyətinin iflasa uğradığını və artıq region üçün əhəmiyyət kəsb etmədiyini göstərməsi nəticə verdi. ATƏT Nazirlər Şurasının rəsmi qərar qəbul edib. Belə ki, qurum ATƏT-in Minsk qrupu və ona bağlı bütün strukturların bağlanması barədə qərar qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, bununla da "Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT-in bütün qərarları etibarsız elan edilib". Bu addım, faktiki olaraq, beynəlxalq səviyyədə Azərbaycanın mövqeyinin tanınması və bölgədə yeni siyasi reallığın qəbul olunması deməkdir.
Politoloq Zaur Məmmədov ATƏT-in Minsk qrupunun ləğvini Sherg.az-a şərh edib:

"Nəhayət ki, Azərbaycanın istəyi reallaşdı. Rəsmi Bakı artıq 5 ildir ki, ATƏT-in Minsk qrupunun ləğv edilməsini tələb edirdi. Ermənistan isə bu qurumu indiyədək gələcəkdə istifadə etmək üçün əlində saxlanılan bir resurs kimi görürdü. Lakin sonda Ermənistanın baş naziri Nikol Paşinyan da bu mövzuda geri addım atmağa vadar edildi. O, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan ABŞ prezidentinin yanında rəsmi şəkildə öhdəlik götürdü ki, bu məsələnin gündəlikdən çıxarılması və bağlanması ilə bağlı Azərbaycanın tələbi ilə razıdır".
Politoloq həmsədr ölkələrin uzun müddət regionda status-kvonun qorunmasında və məsələnin dondurulmuş vəziyyətdə saxlanmasında maraqlı olduqlarını söyləyib:
"Azərbaycan və Ermənistanın bu qərarı nəticəsində həmsədr ölkələr istəsələr də, istəməsələr də bu prosesə qarşı çıxa bilmədilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya