Mövcud təhlükə ilə bağlı cəmiyyətdə təşviş olmalıdır, panika yox - Arif Əliyev
Şəymən Bayramova
08:07 27.03.2020
Aktual
1004
Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda pandemik şərait müşahidə olunmasa da gündəlik yoluxma və ölüm faktları qeydə alınır.
Koronavirus infeksiyası ilə bağlı dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görülür. Virusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işlərinin daha da gücləndirilməsinə yönəlik ciddi çağırışlar edilir.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri də izolyasiya qaydalarına əməl edir:
“Biz özümüz koronavirusla mübarizə məsələsini işıqlandırdığımız üçün informasiyanın mərkəzindəyik. Vəziyyəti daim izləməklə mütəxəssislərin məsləhətlərinə əməl edirəm. Əsasən evdən işləyirəm, başqa yerlərdə ancaq zəruri hallarda oluram. Bu zaman da ehtiyatlı davranıram”.
Birlik sədri hesab edir ki, mövcud təhlükə ilə bağlı cəmiyyətdə təşviş olmalıdır, panika yox:
“Problemin ciddiliyini göstərmək üçün dünyadakı həqiqətən təşviş doğuran səhnəni real göstərməliyik və izah etməliyik ki, bunun Azərbaycandakı təkrarına yol verməməyin bir üsulu var: qorunmaq. Profilaktika!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya