Mutasiyaya uğrayan virus yayılmaqda davam edəcək


Koronavirusun mutasiyaya uğrayan növü ilk dəfə Böyük Britaniyada aşkarlanıb. Hazırda isə yeni növ virusun bütün dünyada sürətlə yayılmağa davam edəcəyi bildirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Britaniyada genetik monitorinq proqramı “Genomics”in rəhbəri professor Şeron Pikok BBC kanalına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, mutasiyaya uğrayan koronavirus dünyanın 50-dən artıq ölkəsində yayılıb və yayılmaqda da davam edir. Bu isə dünyanı virus qasırğasının gözlədiyindən xəbər verir.

Ş.Pikok hazırda elm adamlarının sadəcə insanların həyatını xilas etməklə məşğul olduğunu, gələcək üçün isə heç bir addım atmadığını deyib:

“Gələcəyimiz həyatı təhlükə baxımından böyük narahatlıq doğurur. Əgər qarşısı alınmasa, növbəti 10 il ərzində də bəşəriyyət ölüm riski ilə üz-üzə qalacaq”.

"B117" adlanan virusun yeni ştammının yüzdə 70% daha sürətlə yayıldığı və 60 yaşdan yuxarı insanlarda yüzdə 40% - dək ölümə səbəb olduğu bildirilib.