Ermənistanın məqsədi danışıqları pozmaq və status-kvonu dəyişməz saxlamaqdır
"Mütləq müharibəyə başlamaq, düşmənin başını əzmək lazımdır”
09:51 20.09.2020
Aktual
1344
“Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, bu dəfə də ardıcıl təxribat törətməklə danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Ermənistanda rasional düşüncəli insanlar etiraf edirlər ki, Ermənistanın bugünkü rəhbərliyi bu ölkəni uçuruma aparır”.
Bu sözləri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Sherg.az”a açıqlamasında bildirib. O qeyd edib ki, Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu:
“O, “Qarabağ Ermənistandır” deməklə nəinki o yalanı bütün dünyaya yaydı, eyni zamanda, danışıqlar prosesini mənasız etdi. Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq. Azərbaycanın bir şərti var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Qanunsuz məskunlaşdırma, Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi açıq təxribatdır. İyulda hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqustda diversiya qrupunun göndərilməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Ermənilər yaxşı bilirlər ki, işğal etdikləri torpaqlarda oturublar. İndi də çalışırlar ki, Azərbaycanla münasibətləri korlasınlar və gərginlik yaratsınlar. Əsas məqsədləri yeni münaqişələr yaratmaqla, bu torpaqları işğal altında saxlamaqdır. Yəni, hər zaman olduğu kimi yenə də hiyləgər siyasətlərini yeritməkdədirlər. Cəbhə xəttində dayanmadam təxribatlar törədirlər. Ona görə də, mütləq şəkildə, müharibəyə başlamaq, düşmənin başını əzmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur