Naxçıvan dəhlizinin əhəmiyyəti: “Türkiyə üzərindən Avropaya çıxacağıq”
Fidan Həmişəyeva
12:33 12.11.2020
Aktual
1189
“Türkiyənin türk dünyası ilə kəsilmiş quru əlaqələri bərpa olunacaq”
“Qars-İqdır dəmiryolu Naxçıvana qədər, oradan daha da genişlənərək Fars körfəzinə və Mərkəzi Asiyaya qədər uzana bilər”
“Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevriləcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, imzalanan anlaşmaya əsasən, azad edilməmiş Azərbaycan torpaqları da Azərbaycana veriləcək. Türkiyə başçısı qeyd edib ki, anlaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təhvil verəcək:
“Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək”.
Millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə inşa ediləcək yolun strateji əhəmiyyəti barədə fikirlərini “Sherg.az”la bölüşüb. Parlament üzvü bildirib ki, Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxa biləcək:
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın gərgin səyi nəticəsində Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanat imzalandı. Bu bəyanat təkcə təcavüzkar Ermənistanın hərbi təslim aktı, diz çökməsi və işğal edilmiş ərazilərimizdən verilmiş cədvələ uyğun olaraq çıxarılması demək deyil.
Sözügedən sənəd daha geniş məna kəsb edərək, Azərbaycan Respublikasının böyük geosiyasi və geoiqtisadi qələbəsidir. Nə üçün? Hər şeydən əvvəl, sənədə cənab Prezidentimiz İlham Əliyevin təklifi ilə daxil edilmiş 9-cu maddə Azərbaycanın digər ərazilərinin Naxçıvanla qırılmış quru (avtomobil, dəmiryolu) əlaqələrinin bərpasını nəzərdə tutur. Bununla, Naxçıvanın blokadasına son qoyulacaq”.
M.Qasımlı qeyd edib ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Türkiyənin türk dünyası ilə kəsilmiş quru əlaqələri bərpa olunacaq:
“Qars-İqdır dəmiryolu Naxçıvana qədər, oradan daha da genişlənərək Fars körfəzinə və Mərkəzi Asiyaya qədər uzana bilər. Region ölkələrinin hamısının faydalanacağı və böyük geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edəcək yolun fəaliyyətə başlaması nəticəsində Naxçıvan dünyanın mühüm nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevriləcək.
Yola Rusiya Federasiyası Sərhəd Xidmətinin nəzarət etməsinin də xüsusi mənası var. Zənnimcə, iki böyük ölkə olan Rusiya və Türkiyənin bərabər hərəkət etməsi nəticəsində regionda tərəf olmaq iddiası ilə çıxış edən kənar oyunçuların arzuları boşa çıxır.
Biz Avrasiyada yeni geosiyasi reallıqların yaranması astanasındayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət