Naxçıvan – Mehri yolu... - Kim nə qazanacaq ? – İZAH
Fidan Həmişəyeva
15:28 27.01.2021
Aktual
847
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Azərbaycan-Türkiyə əlaqələrinin perspektivini şərh edib. O, qeyd edib ki, Vətən müharibəsi bütün regionun geniş mənada geosiyasətini dəyişdirdi. Prezidentin köməkçisi bildirib ki, əməkdaşlığa və inkişafa yönəltmək istiqamətində Türkiyə ilə Azərbaycan qarşısında mühüm vəzifələr durur:
“Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə həmsərhəddir. Türkiyə bölgədə əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır. Azərbaycanla Türkiyənin sıx birliyi üçün möhkəm zəminlər var”.
H.Hacıyev Azərbaycan-Türkiyə əlaqələrinin Gürcüstanın inkişafına müsbət təsirini də vurğulayıb, gələcəkdə Ermənistanın tranzit ölkəyə çevrilə bilmək ehtimalından söz açıb:
“Naxçıvandan Mehriyə kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə ediləcək. Bununla Ermənistan tranzit ölkəyə çevrilə bilər”.
Naxçıvandan Mehriyə yolun açılmasını yüksək qiymətləndirən millət vəkili Vahid Əhmədov “Sherg.az”a bildirib ki, bu məsələ 10 noyabrda imzalanan üçtərəfli bəyanatda və 11 yanvar Moskva görüşündə müzakirə olunub:
“Türkiyə, Rusiya, İran və digər Avrasiya dövlətləri bu yoldan istifadə edəcəklər. Çünki həmin istiqamətə dəmir yolu da çəkiləcək. Təbii ki, Naxçıvandan Mehriyə kommunikasiya xətti açılandan sonra Ermənistan da bu yoldan istifadə edə bilər. Burada qeyri-adi bir hal yoxdur”.
Millət vəkili Naxçıvandan Mehriyə gedən yolun Azərbaycan üçün çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb:
“Çünki Türkiyəyə gediş-gəliş üçün yalnız hava ilə uçuşlardan istifadə edirik. Amma Naxçıvandan Mehriyə kommunikasiyanın açılması ilə Türkiyəyə birbaşa quru yolla getmək mümkün olacaq. Ona görə də sözügedən xəttin bərpası Azərbaycan -Türkiyə münasibətlərinin möhkəmlənməsi, iqtisadi əlaqələrin qurulması və inkişafına müsbət təsirini göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat