"Ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam" - Milli qəhrəman anası 

Azərbaycan vətəndaşları koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq məktubları göndərməkdə davam edirlər.

Sherg.az Prezidentin saytına istinadla Goranboy rayonunun Tatarlı kəndindən milli qəhrəman anası Gülzar Ocaqverdiyevanın məktubunu təqdim edir.

“Hörmətli cənab Prezident, dünyanı cənginə alan bəladan Azərbaycanımızı qoruduğunuza, hər bir vətəndaşın probleminə həssas yanaşdığınıza, aztəminatlı və imtiyazlı ailələrə diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm. Mən milli qəhrəman anası olaraq Sizin ölkəmizin tərəqqisi naminə nümayiş etdirdiyiniz fədakarlığınıza heyranam. Xalqımız Sizə və Sizinlə birlikdə ölkəmizin taleyini çiyinləri üzərin götürmüş Mehriban xanıma həmişə minnətdar olacaqdır. Nə yaxşı ki, Siz varsınız. Uca tanrı Sizi qorusun!”.