Hətta Pakistan lideri İmran Xan dəfələrlə zərurət yaranacağı təqdirdə Azərbaycana hərbi yardım göstəriləcəyini qeyd etdi. Şübhəsiz, müharibədən sonra üçtərəfli əlaqələrin daha da inkişafı üzrə danışıqlara, görüşlərə ehtiyac var. Bu mənada İslamabadda keçiriləcək üçtərəfli görüş çox vacibdir. Siyasi şərhçilərin fikrincə, Pakistandakı görüş regional iqtisadi-siyasi münasibətlər baxımından da önəmlidir. Xüsusilə Mərkəzi Asiya türk ölkələrinin neft və qazının Azərbaycan üzərindən Türkiyəyə, oradan Avropaya nəqli Pakistanın da diqqətini çəkir.
Pakistanla münasibətlərin ən üst səviyyəyə daşınması zəruridir
Turan
09:15 13.01.2021
Aktual
590
Çünki bu ölkə Azərbaycanın milli təhlükəsizlik maraqlarına ən həssas yanaşan ölkələrdən biridir
Yanvarın 13-14-də Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda rəsmi səfərdə olacaq. Səfər əsnasında Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü keçiriləcək. Həmçinin, XİN rəhbərimiz Pakistanın yüksək səviyyəli rəsmiləri ilə təmaslar quracaq. Vurğulamaq lazımdır ki, Pakistan və Türkiyə hazırda Azərbaycanın ən yaxın strateji və iqtisadi müttəfiqləridir. 44 günlük müharibə zamanı həm Pakistan, həm də Türkiyə Azərbaycana birmənalı siyasi-diplomatik dəstəyini göstərdi.
Hətta Pakistan lideri İmran Xan dəfələrlə zərurət yaranacağı təqdirdə Azərbaycana hərbi yardım göstəriləcəyini qeyd etdi. Şübhəsiz, müharibədən sonra üçtərəfli əlaqələrin daha da inkişafı üzrə danışıqlara, görüşlərə ehtiyac var. Bu mənada İslamabadda keçiriləcək üçtərəfli görüş çox vacibdir. Siyasi şərhçilərin fikrincə, Pakistandakı görüş regional iqtisadi-siyasi münasibətlər baxımından da önəmlidir. Xüsusilə Mərkəzi Asiya türk ölkələrinin neft və qazının Azərbaycan üzərindən Türkiyəyə, oradan Avropaya nəqli Pakistanın da diqqətini çəkir.
Nazirin səfərini “Şərq”ə təhlil edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursuna və milli maraqlarına uyğun çərçivədə müxtəlif dövlətlərlə sıx əməkdaşlığa önəm verir. Analitik vurğulayıb ki, Pakistan Azərbaycanın milli təhlükəsizlik maraqlarına ən həssas yanaşan ölkələrdən biridir:
“Türkiyədən sonra yaxın münasibət saxladığımız dost-qardaş dövlətlərdən biri də Pakistandır. İslamabadın uzun müddət Ermənistanın işğalçılıq siyasətinə qarşı hansı mövqedə dayanması, ölkəmizi müdafiə etməsi, düşmən ölkə ilə heç bir əlaqə qurmaması hamıya bəllidir. Bu baxımdan Pakistanla münasibətlərin ən üst səviyyəyə daşınması olduqca zəruri və hər iki ölkə üçün faydalıdır”.
A.Aslanlıya görə, Pakistanla əməkdaşlığa həm də üçlü formatların mühüm və dəyərli tərkib hissəsi kimi baxmaq lazımdır:
“Azərbaycan və Türkiyə İranla, Türkmənistanla, Pakistanla üçlü formatlara daim maraq göstərib. Yaxın günlərdə Azərbaycan-Türkiyə-Qazaxıstan formatı da reallaşacaq. Pakistanla Türkiyənin xüsusi əlaqələri, tarixi bağları mövcuddur. Hər iki ölkə arasında hərbi sazişlər Azərbaycan-Pakistan hərbi əməkdaşlığını da zəruri edir. Sirr deyil ki, bəzi dövlətlərlə əlaqələrimiz formal xarakter daşıyır və praktikada xüsusi nəticəyə səbəb olmur. Pakistanla münasibətlərimiz isə normal əlaqələrdən çox yüksəkdir və bizim üçün prinsipial əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi
19:15 11.05.2026
Dünya
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm