
Parlamentari: Mehriban Əliyeva Azərbaycan diplomatiyasında humanizm simvoluna çevrilib
Yusif Nəzərli
15:10 19.10.2025
Aktual
812
Günay Ağamalı: “Vatikan səfəri Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətinin parlaq nümunəsidir”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan şəhərinə rəsmi səfəri humanitar diplomatiya sahəsində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan-Vatikan münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi baxımından da diqqət çəkir.
Rəsmi Bakı uzun illərdir multikulturalizm və tolerantlıq dəyərlərinin təşviqinə önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıqlar Azərbaycanın bu sahədəki mövqeyini möhkəmləndirir.
Səfər həmçinin ölkənin qlobal səviyyədə sülh, əməkdaşlıq və mədəni dəyərlərə verdiyi önəmin bir ifadəsi kimi dəyərləndirilir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Sherg.az-a açıqlamasında Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Vatikan səfərinin Azərbaycanın humanitar diplomatiya istiqamətində atdığı növbəti mühüm addım kimi xüsusi əhəmiyyət daşıdığını qeyd edib:

"Bu səfər Azərbaycan və Vatikan arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, eyni zamanda mədəniyyətlərarası və dinlərarası dialoqun güclənməsi baxımından da böyük rəmzi məna daşıyır.
Azərbaycan multikulturalizm və tolerantlıq dəyərlərinə söykənən dövlət kimi dünyanın müxtəlif dini konfessiyaları və mədəniyyətləri arasında körpü rolunu oynayır. Mehriban xanım Əliyevanın fəaliyyəti bu siyasətin ən parlaq nümunəsidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar təşəbbüslər, beynəlxalq səviyyədə mədəni irsə, dini abidələrin qorunmasına göstərdiyi diqqəti dünya ictimaiyyəti yüksək qiymətləndirir.
Vatikan səfəri Azərbaycanın dünya mədəniyyətinə, sülhə və qarşılıqlı anlaşmaya verdiyi töhfənin bir daha nümayişidir".
Parlamentari bu səfərin Azərbaycan xalqının əsrlər boyu formalaşmış tolerantlıq irsinin, qarşılıqlı hörmət və dəyərlərə əsaslanan yanaşmasının bariz təcəssümü olduğunu vurğulayıb:
"Mehriban xanım Əliyeva humanizm, və mədəni diplomatiyamızın simvoludur. Onun bu səfəri ölkəmizin beynəlxalq imicini daha da möhkəmləndirir, Azərbaycanın sülhsevər siyasətini və mədəni dəyərlərini dünyaya tanıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya 28 milyard ayrılacaq - Leyen
02:42 28.05.2026
Dünya
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks