
Parlamentari: Yeni dünya nizamında USAİD kimi təşkilatlara yer yoxdur
Yusif Nəzərli
13:21 29.03.2025
Aktual
529
Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək işdən çıxarılacaq. Bu barədə “Röyters” agentliyi məlumat yayıb. Qeyd olunub ki, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq.
ABŞ Dövlət katibi Marko Rubio agentliyin yenidən təşkili ilə bağlı bildirib ki, iyulun 1-dək USAID-in bəzi funksiyaları Dövlət Departamentinə veriləcək və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyalar dayandırılacaq. Qeyd edək ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, USAİD-in fəaliyyətinin dayandırılması tamamilə Tramp administrasiyasının qərarıdır:

“Onların bu məsələyə öz baxış bucaqları mövcuddur. Elan etdikləri baxış bucaqları prinsip etibarıyla daha çox iqtisadi faktorlardan qaynaqlanır. Həmçinin Amerika Birləşmiş Ştatlarının nüfuzuna xələl gətirdiklərini də söyləyirlər. Terrorun maliyyələşdirilməsi, narkotik istehsalı və korrupsiya faktları ilə bağlı çoxsaylı məqamlar da xüsusi olaraq nəzərə alınıb. USAİD faktiki olaraq indiki şəraitdə ABŞ-nin və Donald Trampın elan etdiyi xarici siyasət kursuna uyğun gəlmir. Bütün dünya USAİD təsisatının elan etdiyi prinsiplərə uyğun fəaliyyət göstərmədiyini, müxtəlif ölkələrdə rəngli inqilab ssenarilərini maliyyəşdirdiyini və casus şəbələkəri yaratdığını çox yaxşı bilir. Amma bu Amerikanın qlobal miqyasda istifadə etdiyi yeganə yumşaq güc aləti deyil. Belə mexanizmlərin sayı çoxdur. Ola bilsin ki, Tramp administrasiyası ifşa olunmuş və heç kəsin etimad etmədiyi təsisatla vidalaşmaq qərarına gəlib”.
Parlamentari USAID-in bağlanması beynəlxalq siyasətə necə təsir göstərəcəyi məsələsinə də toxunub:
“Əgər “Ağ Ev” indiki elan etdiyi xarici siyasi kursu davam etdirsə, ayrı-ayrı dövlətlərin daxili işinə müdaxiləni prioritet saymasa, iqtisadi müstəvidə ABŞ-lə rəqabət aparan ölkələrlə məşğul olsa, hansısa formada ciddi təsirlərdən söhbət gedə bilməz. Çünki bu faktiki olaraq dünya nizamının yenidən qurulması deməkdir. Yeni dünya nizamında isə prinsip etibarıyla USAİD kimi təşkilatlara yer yoxdur. Növbəti 4 ildə Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişikliyi baş verərsə, yenidən demokratlar hakimiyyətə gələrsə, USAİD kimi alətlərdən istifadə məsələsi gündəmə gələ bilər. Lakin USAİD-lə bağlı Tramp administrasiyasının son qərarının necə olacağını bilmirik. Məsələn, əməkdaşlar işdən çıxarıla, Marko Rubio nəzarət altında yenidən təşkilatlanaraq respublikaçıların maraqlarına uyğun hərəkət edə, USAİD Amerikanın iqtisadi maraqlarının qorunması istiqamətində təşkilatlana bilər. Lakin aydın baxış bucağı olmadığına görə konkret fikir söyləmək mümkünsüzdür. USAİD-in varlığı Amerikayla dünyanın bir çox ölkəri arasında qlobal münasibətlərin qurulmasına maneədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi