Paşinyan 2026-cı ilə qədər sülh sazişinə imza atmayacaq -PROQNOZ
Yusif Nəzərli
02:36 04.07.2025
Aktual
457
Bütün hallarda Ermənistanda davamlı siyasi sabitlik olmayacaq
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan iyulun sonunda Dubayda görüşə bilər. Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb. Məlumatda qeyd olunub ki, liderlərin sülh sazişi layihəsini müzakirə edəcəyi gözlənilir, çünki Bakının tələbləri var. Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinin baş diplomatı Kaya Kallasla görüşüb. Görüşdə Bakı-İrəvan sülh məsələləri də gündəmdə olub. Kallas Azərbaycanla Ermənistan arasında sülh üçün irəliləyişin müsbət addım olacağını vurğulayıb. Bundan öncə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, İrəvan Bakı ilə sülh sazişinin imzalanma yeri və tarixi ilə bağlı müzakirələrə başlamağa hazırdır. Məsələ ondadır ki, İrəvan hökuməti sülh sazişinin imzalanmasından danışsa da, Azərbaycanın iki mühüm tələbini - Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini və ATƏT-in Minsk qrupunun ləğvini icra etməkdən boyun qaçırır.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Sherg.az-a açıqlamasında deyib ki, Ermənistanda 2026-cı ildə baş tutacaq parlament seçkilərinədək Baş nazir Nikol Paşinyan hansısa sənədə imza atmayacaq. Professor bildirib ki, Paşinyan Azərbaycanla razılıq əldə olunacağı təqdirdə Ermənistanda müxalif kəsimin bunu onun əleyhinə yönəldəcəyindən ehtiyatlanır:
"Ermənistan cəmiyyətində Paşinyana ciddi ittihamlar onsuz da mövcuddur. Amma Paşinyanın hakimiyyətdə qalması da xarici, kənar dairələr tərəfindən dəstəklənir. 2020-ci ildə Azərbaycan qarşısında ağır məğlubiyyətdən sonra Paşinyan öz siyasi hakimiyyətini sığortalamaq üçün növbədənkənar seçkilərə getdi. Bir növ siyasi immunitet qazandı. Buna baxmayaraq, Paşinyana qarşı müxalifət düşərgəsi dəfələrlə çıxışlar etdilər, baş naziri hakimiyyətdən devirməyə çalışdılar. Ermənistanda ümumi əhvali-ruhiyyə ondan ibarətdir ki, Paşinyan və rəqibləri Azərbaycana qarşı hər zaman revanşçı mövqedə dayanacaqlar. Sadəcə olaraq, Paşinyan Azərbaycanın gücü qarşısında məcbur olaraq nisbətən sülh ritorikasına üstünlük verir. Amma Azərbaycanın vacib şərtlərini yerinə yetirərək sülh müqaviləsini imzalamaqdan da çəkinir".
E.Mirbəşiroğlu vurğulayıb ki, Paşinyanın Bakının tələblərini icra etməməsi iki səbəblə bağlıdır:
"Paşinyan da gələcəkdə Azərbaycana qarşı revanş imkanlarının saxlanmasında maraqlıdır. Cəmiyyətin gözləntisinə uyğun olaraq mesaj ötürür ki, bugünkü reallıq qarşısında geri çəkilsə də, gələcəkdə Azərbaycana qarşı revanş imkanlarını saxlamağa çalışacaq. Digər səbəb odur ki, Paşinyan müxalifətdən çəkinir. Bütün hallarda Ermənistanda davamlı siyasi sabitlik olmayacaq. Ermənistan hər zaman Azərbaycana qarşı təcavüzkar siyasətin girovluğunda qalacaq. Həm siyasi, həm iqtisadi cəhətdən Ermənistanı geri salan da məhz bu amildir. Ərazi iddiaları və "Qarabağ məsələsi" Ermənistanda daxili çəkişmələrin predmeti kimi qalacaq. Müxtəlif qruplar bu məsələlərdən hakimiyyətə gəlmək üçün istifadə edəcəklər. Sözsüz ki, bu cür cəhdlər Azərbaycanın siyasi iradəsi ilə yaranmış reallıqları dəyişə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə