Paşinyan Azərbaycana dəmir yolu üçün fərqli istiqamət təklif etdi

“Azərbaycandan Türkiyəyə ən qısa dəmir və avtomobil yolları İcevan-Dilican-Vanadzor- Cağur-Gümrü-Axurik marşrutudur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Azərbaycanın ərazisindən keçən ixrac dəmir yolu açıqdır və ticarət sektoru bu reallığa uyğun hərəkət etməlidir. Amma onun sözlərinə görə, vərdişləri dəyişmək çətindir:

“40 il ərzində bütün logistika məntiqimiz maşınla ixrac üzərində qurulub, amma qatar yükləmə tələb edir, bu, bir vaqonla olmaz, müəyyən həcm tələb edilir, logistika məntiqi yenidən təşkil edilməlidir”.

Paşinyan qeyd edib ki, bütün mümkün variantlar müzakirə olunur, əsas mövzu texniki və texniki-iqtisadi məqsədəuyğunluqlarla bağlıdır:

“Əlbəttə, siyasi proseslərlə də əlaqəsi var. Sülh nə qədər institutlaşdırılsa, ssenarilərin inkişafı bir o qədər ehtimaledilən olur”.