
Paşinyan da konstitusiya dəyişikliyinə can atır -ŞƏRH
11:34 21.04.2025
Aktual
598
Ermənistanın əvvəlki konstitusiya referendumları xalqın iradəsini əks etdirmir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var.
Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır. Və bu boşluq, digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumlarında ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır.
Siyasi şərhçi Tural İrfan “Sherg.az”a bildirib ki, Ermənistan konstitusiyasında qonşu dövlətlərin ərazi bütövlüyünə qarşı iddialar və hətta onların özləri üçün zərərli müddəalar var:

“Baş nazir Nikol Paşinyan Azərbaycanın tələbləri qarşısında və yaranmış reallıq müqabilində konstitusiya dəyişikliyinə getməlidir. Əgər sülh olacaqsa bu kövrək və səthi yox, köklü və qarantlı olmalıdır. Baş nazir bəyan etdi ki, Qarabağ Azərbaycanın ərazisidir və bu reallığı rəsmi İrəvan qəbul etdir. Məntiqlə, əgər baş nazir xalqın etimadına söykənərək hakimiyyətdədirsə, o zaman niyə mövcud konstitusiyada buna zidd iddialar var?. Demək konstitusiya xalqın iradəsini əks etdirmir. Ermənistan hakimiyyəti hazırda bunun üzərində çalışmalı, konstitusiyadakı əsasız müddəalara görə Türkiyə və Azərbaycan kimi qonşularla əvvəlki münasibətə qayıtmamalıdır. Sülhün və sabitliyin bərqərar olması üçün silahlanmanı dayandırmalı, konstitusiyanı dəyişməli və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı real addım atmalıdır. Ümid edirəm ki, ATƏT-in baş katibi ilə keçirilən görüşdə bu mövzu əsas məsələ kimi qoyulub. Hiss olunan odur ki, Nikol Paşinyan da konstitusiyada dəyişikliklər edilməsinə getməyə can atır. Lakin o, ölkə daxilindəki müxalifətin və Rusiya yönlü qrupların manelərini dəf etməyə çalışır. Çünki Paşinyan bilir ki, Ermənistanın yaşaması və inkişaf etməsi yalnız Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən keçir. Əks halda məğlub olmuş Ermənistan güclənən Azərbaycan və nəhəng Türkiyə qarşında xarici himayədarlarının dəstəyini alsa da belə heç bir üstünlük əldə edə bilməz. Ona görə də konstitusiya dəyişikliyinə gedərək sülhə tam və real olaraq hazır olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm