
Paşinyan təbrik mesajları ilə bu ölkələrə barış tərəfdarı olduğunu göstərir -RƏY
Yusif Nəzərli
09:36 07.06.2025
Aktual
479
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib. Paşinyan bu barədə “X” hesabında paylaşım edib: "Azərbaycan Respublikası və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzu edirəm”. Qeyd edək ki, N.Paşinyan Qurban bayramı münasibəti ilə Türkiyə prezidenti R.T.Ərdoğana da zəng edərək təbriklərini çatdırıb və bir sıra başqa məsələlər də müzakirə edilib. Bəs bu növbəti erməni bicliyi, yoxsa reallıqla barışmaqdır?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimov "Sherg.az"a deyib ki, bu iki ehtimalın heç birini istisna etmək olmaz. Partiya sədrinin sözlərinə görə, əvvəla, Paşinyanı bu addımı atmağa Azərbaycanın hərbi qüdrəti, Türkiyənin siyasi və hərbi gücü, üstəlik, hər iki ölkənin müttəfiqlik münasibətləri vadar edib:

"Paşinyan yaxşı başa düşür ki, Fransa, Hindistan, Rusiya və digər güvəndikləri indi elə vəziyyətdə deyil ki, Ermənistanı hər zamankı kimi dəstəkləsin. Bunlar olmasaydı Paşinyan belə addım atardımı? Təbii ki, yox. Deməli, reallığı qiymətləndirib. Paşinyan təbrik mesajları ilə xidmət etdiyi ölkələrə göstərmək istəyir ki, barış tərəfdarıdır. Hətta sülh müqaviləsi imzalamadığı ölkəni və onun müttəfiqini təbrik edir. Daha bundan artıq nə etməlidir ki?! 30 ildən artıq bir müddətdə ədalətsizliyinə sığndığı dövlətlərə və təşkilatlara "ötürmə" verib. Paşinyanın bu niyyəti Ermənistanın ətrafında dəstəkçi dəstəsini ruhlandırmağa xidmət edir və erməni bicliyindən başqa bir şey deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual