Paşinyanın Rusiyadan "əli üzüldü" ! - “Məktub məğlubiyyətin etirafıdır” – Sonu yaxınlaşır !
Fidan Həmişəyeva
12:33 02.11.2020
Aktual
636
“Rusiya, İran, digər qonşu ölkələr və bütün dünya Ermənistanın hiyləgər, yalançı siyasətinin şahidi oldu”
“Dünya sadəlövh deyil, bütün məqamları izləyib, nəticələr çıxara bilir”
“Yenə də dünyaya həqiqətləri çatdırmalıyıq. Hər kəs bilməlidir ki, son günlərini yaşayan separatçı rejim hər bir əclaflığa hazırdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib. Məktub guya Ermənistan ərazisində baş vermiş təcavüz faktları ilə əlaqədardır. Paşinyan Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyən etmək üçün təcili məsləhətləşmələr istəyib. Məktub Rusiya ilə Ermənistan arasındakı müttəfiqlik münasibətlərinə və 29 avqust 1997-ci il tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" nin 2-ci maddəsinə əsasən ünvanlanıb.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən, guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatı məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, məlumat həqiqətə uyğun deyil:
“Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb. Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək”.
Kreml isə Paşinyanın məktubuna cavab verməyi lazım bilməyib. Ermənistana cavabı Putinin əvəzinə Rusiya Xarici İşlər Nazirliyi göndərib.
XİN-in cavabı bəyanat şəklində nazirliyin rəsmi saytında yerləşdirilib: “Müqaviləyə (Rusiya və Ermənistan arasında 29 avqust 1997-ci il tarixli dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında - red.) uyğun olaraq, Rusiya hərbi münaqişənin bilavasitə Ermənistan ərazisinə keçməsi halında İrəvana lazımi bütün yardımı edəcək”.
Rəsmi Moskva döyüşlərin Ermənistan ərazisində keçirilmədiyini ikinci dəfə vurğuladı. Çox güman ki, bu cavabla Ermənistan rəhbərliyi Rusiyanın köməyindən əlini üzəcək. Paşinyanın yazdığı məktubda yardım istəməsi isə düşmənin faktiki olaraq yolun sonuna yaxınlaşdığından xəbər verir.
Prosesləri “Sherg.az”a şərh edən millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə, cənab Prezidentin dediyi kimi, Paşinyanın bu məktubu Ermənistanın məğlubiyyətinin etirafıdır.
Parlamentari vurğulayıb ki, bundan sonra Paşinyan və onun kimi xislətdə olan hakimiyyət qüvvələrinin davranışını nəzərə alıb, düşməndən yalnız provokasiyalar gözləməliyik:
“Söhbət yalnız Azərbaycanı təxribata çəkməkdən getmir. Onlar bəyanatlar verərək, qondarma rejimin andiçmə mərasimini keçirirək, təxribatlar törədərək Azərbaycanı provokasiyalara çəkmək cəhdlərini çoxdan həyata keçirirdilər. Məqsəd o idi ki, danışıqlar prosesini tam şəkildə pozsunlar. Çünki danışıqlar prosesində Ermənistana və onun rəhbərliyinə sərf etməyən nəticələr özünü göstərirdi. Artıq baza prinsipi formalaşıb, Azərbaycanın dünyada nüfuzu getdikcə artır. Ona görə də Ermənistan provokasiyalar törədərək istəyirlər ki, danışıqlar tam pozulsun və mövcud olan status-kvo birdəfəlik Ermənistanın istədiyi formada qalsın. Lakin Azərbaycan tərəfi bu provokasiyalara cavab olaraq onlara elə zərbələr vurdu ki, düşmən Ermənistan özünə çətin gələcək. Bununla belə inanmıram ki, hətta bu məğlubiyyət, biabırçılıq və döyüş meydanındakı fərarilikdən sonra ermənilər öz siyasətini dəyişdirsinlər”.
S.Seyidov qeyd edib ki, Ermənistan əvəllər də təxribatlar törədirdilər və əmin idilər ki, məsələyə üçüncü tərəf müdaxilə edəcək:
“Söhbət Rusiyadan gedir. Bu da alınmadı. Sonra dünya ictimaiyyətini Dağlıq Qarabağın tanınmasına çağırdılar. Guya Azərbaycan Ordusunda muzdluların döyüşdüyünü gündəmə gətirdilər. Düşmənin bu yalanları baş tutmadıqda ən hiyləgər provokasiyalara keçəcəklər. Onlardan hər şey gözləmək olar. Elə bir addım ata bilərlər ki, guya tək qalıblar və yardıma ehtiyacları var”.
Millət vəkili söyləyib ki, artıq Rusiya, İran, digər qonşu ölkələr və bütün dünya Ermənistanın hiyləgər, yalançı siyasətinin şahidi oldu:
“Dünya sadəlövh deyil, bütün məqamları izləyib, nəticələr çıxara bilir. Biz sadəcə olaraq yenə də dünyaya həqiqətləri çatdırmalıyıq. Hər kəs bilməlidir ki, son günlərini yaşayan separatçı rejim hər bir əclaflığa hazırdır. Ermənistanın xisləti belədir. Ona görə də siyasətimizi bu istiqamətdə qurmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz