
“Pezeşkian mənə Mahmud Əhmədinejadı xatırladır” -Millət vəkili
Yusif Nəzərli
00:59 30.04.2025
Aktual
518
Sahib Alıyev: “Ümid etmək istərdim ki, cənab Pezeşkian qarşılıqlı faydaya dayanan əməkdaşlığın dərinləşməsində böyük iz qoymuş lider kimi xatırlanacaq”
Verilən sözə əməl edilərsə…
Azərbaycan-İran əlaqələri bəlli vaxtdan sonra hər iki tərəfin maraqlarına uyğun şəkildə genişlənə bilər
"İran Prezidenti Məsud Pezeşkian özünün də vurğuladığı kimi, əminəm ki, burada doğrudan da, Təbriz və Ərdəbil doğmalığı gördü".
Bunu Sherg.az-a millət vəkili Sahib Alıyev deyib.
Deputat bildirib ki, əlbəttə, bir səfərlə ölkələrimiz arasındakı bəzi problem və fikir ayrılıqlarının tam aradan qaldırılması mümkün deyil. Amma ortada xoş niyyət və səmimiyyət olarsa, verilən sözə əməl edilərsə, Azərbaycan-İran əlaqələri bəlli vaxtdan sonra hər iki tərəfin maraqlarına uyğun şəkildə genişlənə bilər:

"Əgər səmimiyyətdən söhbət gedirsə, Azərbaycanın İrandan ilk gözləntilərindən biri Tehrandakı səfirliyimizə qarşı terrorun təşkilində əli olanların cəzalandırılması, onu törədənin isə edamıdır. Qarşılıqlı faydaya dayanan əməkdaşlığa gəldikdə, Tehrandakılar hamıdan yaxşı bilirlər ki, Azərbaycan buna həmişə hazır olub, indi də ən yüksək səviyyədə belə bir iradənin ortaya qoyulduğunu gördük. Onu da gördük ki, cənab İlham Əliyev özünü “Təbrizdə, Ərdəbildəymiş kimi hiss edən” İran Prezidentinə doğmalığın başqa bir yanınını da göstərdi. Onun Azərbaycandan uğurlu nəticələrlə dönməsi üçün uyğun qurumlara bütün mümkün tapşırıqları verdi. Dövlət başçımızın mətbuata bəyanatında da vurğulandığı kimi ən çox səmərə verəcək layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin bütün gücü ilə işləməsi üçün zəruri addımların atılmasıdır. Azərbaycan burada nə lazımdırsa edib, amma Moskvanın da səylərinə baxmayaraq, İran hələ də öz ərazisindən keçəcək dəmir yolu xəttinin çəkilişinə başlamayıb. Əminəm ki, İran prezidenti də bütün bunların fərqindədir. Cənab Pezeşkian mənə, nədənsə, öz sələflərindən daha çox Mahmud Əhmədinejadı xatırladır. Yeri gəlmişkən, İran prezidentlərindən indiyədək Azərbaycana ən çox səfər edən məhz Əhmədinejad olub. Ümid etmək istərdim ki, cənab Pezeşkian ortadakı problemlərin aradan qaldırılmasında, qarşılıqlı faydaya dayanan əməkdaşlığın dərinləşməsində böyük iz qoymuş lider kimi xatırlanacaq. Ölkəmizə ilk rəsmi səfəri zamanı özü də gördü ki, Azərbaycan rəhbərliyi bunun üçün gərəkən dəstəyi verməyə hazırdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya