“Politico”: NATO-nun Avropadakı müttəfiqləri ABŞ-nin təhlükəsizlik planlarından xəbərsiz olub

ABŞ NATO müttəfiqlərini Rusiya ilə Avropanın təhlükəsizliyinə dair planlarından xəbərdar etməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin NATO üzrə Avropalı müttəfiqləri Prezident Donald Tramp administrasiyasının Rusiyanın iştirakı ilə Avropada təhlükəsizlik sahəsində mümkün razılaşmalara dair planları barədə əvvəlcədən məlumatlandırılmayıblar.

Nəşr qeyd edir ki, Avropa rəsmiləri Vaşinqtonun yeni təşəbbüsü dekabrda ABŞ hərbi qüvvələrinin Avropadakı sayına yenidən baxılması prosesi ilə əlaqələndirə biləcəyindən də narahatdırlar.

Xatırladaq ki, daha əvvəl Donald Tramp Rusiya və ABŞ-nin təkcə Ukraynada münaqişənin nizamlanması deyil, bütövlükdə Avropada təhlükəsizlik məsələləri üzrə də razılaşmalara yaxın olduğunu bildirmişdi.