
Politoloq: Həmin mollaya Cənubi Qafqaz üzrə din xadimlərindən biri lazımi cavab verməli idi
Yusif Nəzərli
12:20 28.01.2025
Aktual
676
İranda fars-molla rejimi meydana gələndən sonra Azərbaycana qarşı həmişə ögey münasibət bildirilib
Bu yaxınlarda Azərbaycan dövlətinin rəhbərinə qarşı aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abidini vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə İran mediası məlumat yayıb.
Ancaq İranın hökumət saytları bunu “öz istəyi ilə istefa verib” deyə təqdim ediblər.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla, bir sıra hökumət mollalarının antiazərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu bildirmişdi.
Politoloq Elşad Həsənov "Sherg.az"a deyib ki, İranda fars-molla rejimi meydana gələndən sonra Azərbaycana qarşı həmişə ögey münasibət bildirilib və aşağılamağa çalışılıb:

"Azərbaycan torpaqları işğal altında olanda İran hər zaman Ermənistanı dəstəkləyərək yanında oldu. Hətta 44 günlük müharibə dövründə də rəsmi Tehrana Ermənistana silah-sursatla bağlı kömək etdi. Molla rejimi İslam Respublikası olan İranın iç üzüdür. Onların Azərbaycana qarşı mənfi davranışları, xüsusilə də keçən il səfirliyimizə olam hücumları və əməkdaşımızı qətlə yetirməsi həmin cinayətlərin uzun müddət gizlədilməyə çalışılması göz önündədir. Son günlər Azərbaycan Respublikasının Baş nazirinin müavini Şaiq Mustafayevin İrana səfəri və mühüm görüşlərin keçirilməsi münasibətlərin normallaşmasına işarədir. Lakin rəsmi Tehranda molla rejimi nümayəndələri sakit durmurlar. Ayətullah Xameneinin Qəzvindəki nümayəndəsi və şəhərin cümə imamı Azərbaycan Prezidenti haqqında aşağılayıcı fikirlərinə rəsmi Bakı sərt reaksiya verdi. İlham Əliyev bildirdi ki, İran mollası buna görə üzr istəyib vəzifəsindən kənarlaşdırılmalıdır".
Politoloq əlavə edib ki, Məsud Pezeşkian bilir ki, İran İsrail və Suriyada olan HƏMAS, Hizbullah kimi proksi qüvvələr uduzdular. Artıq ABŞ-nin nişangahında İran var:
"Odur ki, rəsmi Tehran özünün müdafiəsi üçün bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq sazişi imzaladı. Həmçinin raket üçün Çindən gizli yanacaq gətirir. İran başa düşür ki, onun sonu çatıb. Nüvə silahının istehsalında israrlı olsalar, 2025-ci ilin ilk yarısında bu ölkənin hərbi obyektlərinin vurulması baş verəcək. İran mütləq getdiyi yoldan çəkilməli və region ölkələri, xüsusilə Azərbaycan, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır. Bununla yanaşı, həmin mollaya Cənubi Qafqaz üzrə din xadimlərindən biri lazımi cavab verməli idi. Azərbaycan hər zaman İrana qarşı qonşuluq münasibəti bəsləyib. Müstəqillik dövründə ölkəmiz heç vaxt rəsmi İrəvandan fərqli olaraq onlara qarşı xəyanət etməyib. Ünumilikdə fars-molla rejiminin süqutu artıq başlayıb və yaxın gələcəkdə bunun şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial