Politoloq: Sülh geosiyasi nəticə, qüvvələr balansı və iradə tələb edən prosesdir
Yusif Nəzərli
07:22 09.06.2025
Aktual
373
Paşinyan hakimiyyəti uzun müddət özünü “sülh tərəfdarı”, Azərbaycanı isə “aqressor” kimi göstərməyə çalışıb
"Bəllidir ki, gec-tez Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanacaq. Tarixi təcrübə göstərir ki, əbədi müharibə və ya düşmənçilik deyilən anlayış yoxdur".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Turan Rzayev deyib.
Analitik bildirib ki, ancaq indiki məqamda Ermənistan rəhbərliyinin və digər rəsmilərin "sülh" çağırışları Ermənistan daxilində hökumətin siyasi mövqeyini möhkəmləndirmək məqsədi güdür:
"Həmçinin, beynəlxalq ictimaiyyət qarşısında sülhsevər imic formalaşdırmaq və populist ritorika ilə daxili təzyiqləri neytrallaşdırmaq məqsədi daşıyır. Hökumət nümayəndələrinin müxalifəti “zooparkda yaşayan heyvanlar”a bənzətmələri təkcə emosional çıxış deyil. Bu, siyasi ritorika vasitəsilə cəmiyyətə mesaj vermək, sülhü Paşinyan hökumətinin “siyasi mülkiyyəti” kimi təqdim etmək cəhdidir. Bu tip ifadələr hakimiyyətin daxili legitimlik və siyasi üstünlük axtarışının göstəricisidir. Paşinyan hakimiyyəti uzun müddət özünü “sülh tərəfdarı”, Azərbaycanı isə “aqressor” kimi göstərməyə çalışıb. Son illərdə bu bir qədər səngiyib. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan regionda yeni status-kvo yaradıb. Hazırda Bakı bu status-kvonu qorumaq və möhkəmləndirmək üçün diplomatik müstəvidə aktiv siyasət yürüdür. Əgər Ermənistan sülh sazişinə həqiqətən hazırdırsa, bunu yalnız bəyanatlarla deyil, praktik addımlarla nümayiş etdirməlidir. Əks halda bu çağırışlar sadəcə siyasi manevr və ya zaman qazanmaq cəhdi kimi qəbul olunacaq".
Ekspert vurğulayıb ki, sülh geosiyasi nəticə, qüvvələr balansı və iradə tələb edən prosesdir:
"Dövlətlər çox zaman sülhə ya qarşılıqlı maraq, ya da qarşılıqlı qorxu nəticəsində razılaşır. Əgər Ermənistan bu ritorikanı yalnız daxili sabitliyi qorumaq, beynəlxalq təzyiqləri neytrallaşdırmaq və vaxt qazanmaq üçün istifadə edirsə, bu, Azərbaycanı “sülhə məcburetmə diplomatiyası”na keçməyə məcbur edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual