Polkovnik: “Rusiya səbəbi çox gözəl bilir”
Fidan Həmişəyeva
12:59 07.09.2020
Aktual
1149
Bu ay Rusiyada keçiriləcək “Qafqaz-2020” təlimlərində Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak etməyəcək. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumatda qeyd olunur ki, hərbi təlimlərə sadəcə iki nəfər hərbi qulluqçumuzun müşahidəçi qismində göndərilməsi planlaşdırılır:
“Bölgədəki son hadisələr və gərgin vəziyyətin indi də davam etməsi bəzi faktları üzə çıxardı. Türkiyə ordusunun hələ də ölkəmizə olması həm Rusiya, həm də Ermənistan üçün mühüm mesaj idi. Məhz qardaş ölkə ilə hərbi əməkdaşlığın daha da gücləndirilməsi siyasətimizin əsas prioritetidir. Bu baxımdan ordumuzun Rusiyadakı təlimlərdə iştirak etməməsi məntiqə uyğundur”.
Məsələni dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a söyləyib ki, Azərbaycan Ordusu heç vaxt Rusiya ilə bu formatda olan təlimlərdə iştirak etməyib. Onun sözlərinə görə, bunun əsas səbəbi Ermənistanın həmin təlimlərdə iştirakıdır:
“Təbii ki, Azərbaycan düşmənlə hansısa hərbi tədbirlərə qatıla bilməz. Hərbiçilərimizin peşə hazırlığına əminik. Lakin ölkəmiz Rusiyanın hər hansı bir təlimində prinsip etibarı ilə iştirak etmir. Əlbəttə, Rusiya da başa düşür ki, Azərbaycan Ermənistanla bir yerdə təlimlərdə iştirak etməyəcək. Ta ki düşmən işğalçı niyyətindən əl çəkənə və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edənə qədər”.
Ş.Ramaldanov vurğulayıb ki, Rusiya ilk dəfə hərbi təlimlər keçirmir və baş verənləri anlayaraq normal qarşılayır:
“Rusiya ilə münasibətlərimiz hansısa formatda inkişaf edəcəksə, öhdəliyimiz çərçivəsində bunları yerinə yetiririk. Münasibətlər Rusiya-Azərbaycan hərbi əməkdaşlıq sahəsində də inkişaf edir. Sadəcə ordumuz bu təlimlərə qatılmır. Burada hansısa problem yoxdur. Rusiya səbəbin nə olduğunu çox gözəl bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Amerikalıların Moskva və Kiyev səfəri nəyi dəyişirdi?
20:51 07.09.2026
Dünya
"Neftçi" nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib
20:44 07.09.2026
Futbol
Qucaqlaşmaq sadəcə sevgi deyil: Beyində bu prosesləri işə salır
20:36 07.09.2026
Sağlamlıq
Nə Rusiya, nə də Ukrayna kompromisə açıqdır - ŞƏRH
20:27 07.09.2026
Gündəm
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya