"Prezident İlham Əliyevin təşəbbüsü daxili həmrəyliyi daha da gücləndirdi" - Millət vəkili
Şəymən Bayramova
08:23 23.03.2020
Aktual
885
“Dünyanı öz cənginə alan və bəzi ölkələrdə ciddi fəsadlar törədən koronavirus infeksiyasının ölkəmizdə zərərlərinin minimumlaşdırılması dövlətimizin preventiv tədbirlərinin və birlikdə nümayiş etdirdiyimiz gücün nəticəsidir”.
Bu sözləri millət vəkili Elşad Mirbəşir oğlu deyib.
Deputat qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü daxili həmrəyliyi daha da gücləndirdi. Belə ki, Prezidentin müvafiq fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması dövlət-vətəndaş birliyinin növbəti unikal platforması kimi qiymətləndirilməlidir: “Artıq ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlər, siyasi partiyalar, habelə imkanı çatan duyarlı vətəndaşlarımız koronavirusla mübarizəyə töhfə vermək məqsədilə Fondun hesabına müxtəlif məbləğdə ianələr ediblər.
Mən də Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını virusun qarşısının alınmasında çox effektiv və vacib bir addım hesab edərək, bu gün deputat maaşımın bir hissəsini Fondun hesabına köçürdüm. Hesab edirəm ki, belə günlərdə imkan daxilində fədakarlıq etmək vətəndaş olaraq milli təhlükəsizliyimizə biganə qalmadığımızı göstərir. Dövlət bütün imkanlarını səfərbər etdiyi kimi, vətəndaşlarımız da dünyanı ciddi sınaq qarşısında qoyan bu bəla ilə mübarizədə azacıq da olsa, dövlətə öz dəstəyini nümayiş etdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya