Prezidentin çağırışına cavab gəldi: İctimai xadimlər monitorinqlərə başladı
Məlahət Rzayeva
13:30 30.06.2020
Aktual
838
Karantin rejiminin ikinci sərtləşməsindən sonra qaydalara riayət edilməsində nəzərəçarpan irəliləyiş hiss olunur. Təbii ki, burada tibbi maskalardan istifadənin məcburi xarakter alması və tətbiq olunan cərimələr əhəmiyyətli rol oynadı. İctimai nəqliyyatda tibbi maskasız sərnişinlərə daha az rast gəlinir.
Həmçinin metroda da sərnişinlər maska taxılması tələbinə əməl edirlər. Lakin bununla yanaşı, hələ də məsuliyyətsiz davranan, qaydaları pozaraq çay evi, restoran işlədən, sosial məsafənin qorunması tələblərini pozanlar var. Bu məsələdə isə hər bir vətəndaş ictimai nəzarət funksiyasını yerinə yetirə bilər. Prezident İlham Əliyev son günlər məhz bu məsələyə diqqət yönəldib və ictimai nəzarətin vacib olduğunu deyib.
İctimai xadim Azər Allahverənov bu məsələyə toxunaraq qeyd etdi ki, son günlər müxtəlif təyinatlı inzibati binaların açılışında iştirak edən Prezident İlham Əliyev pandemiya ilə mübarizədə həmrəyliyin nümayiş olunmasının olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib, həmçinin ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə müxtəlif xidmət sahələrində və ictimai nəqliyyatda monitorinqlərin aparılması və bu sahədə təkmilləşdirmə işlərinin yerinə yetirilməsinin koronavirus COVİD-19 pandemiyasının yayılmasının qarşısını ala bilən mühüm tədbirlər olduöunu deyib:
- Ölkə başçısının bu çağırışına cavab olaraq Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov. “Autizm Assosiasiyası” İctimai Birliyinin sədri Elnur Məmmədov və “Azərbaycan Gənc Marketoloqlar Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov Azərbaycan Televiziyasının çəkiliş qrupu ilə birlikdə Bakı Metropoliteni” QSC-nin “28 May”, “Elmlər Akademiyası”, “20 Yanvar” və “Memar Əcəmi” metro stansiyalarında ictimai monitorinqlər aparıb, ictimai nəzarəti təşkil edib və çəkilişlər aparıblar. Monitorinqlər zamanı metropolitendən istifadə edən sərnişinlərin əksəriyyətinin qoruyucu maskalardan istifadə etməsi və sosial məsafə prinsiplərinə uyğun davranması müəyyən olunub. Lakin bununla yanaşı müşahidələr və monitorinq zamanı aşkar olunan bir sıra çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyələr metropolitenin aidiyyəti qurumlarının diqqətinə yerində çatdırılıbdır. Bundan başqa pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş bir sıra qaydaların sərnişinlər tərəfindən pozulması, o cümlədən qoruyucu maskadan düzgün istifadə edilməməsi, platformada duran və vaqonlarda olan şəxslərin sosial məsafə prinsiplərinə uyğun davranmaması kimi hərəkətlər də müşahidələr zamanı aşkar olunan hallardandır. Bu halların aradan qaldırılması məqsədilə monitorinq qrupunun üzvləri tərəfindən sərnişinlərə verilən tövsiyə və məsləhətlər həmin şəxslər tərəfindən rəğbətlə qarşılanıbdır. Monitorinq qrupunun üzvləri qərara gəliblər ki, bu kimi ictimai nəzarət və monitorinq tədbirləri mütəmadi keçirilməli və bu sahədə icrası vacib hesab olunan təbliğat işlərinin miqyası artırılmalıdır.
Həmçinin ictimai yerlərdə, ictimai nəqliyyat, supermarketlərin girişi və s. yerlərdə müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir;
Karantin rejiminin tələblərinin pozulması, məsuliyyətsiz davranış hallarına görə cərimə və digər sanksiyaların tətbiqi gücləndirilməlidir.
Vətəndaşlar bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Ona görə də qayda pozuntularına, biganəliyə qarşı barışmaz olmalı, mübarizlik nümayiş etdirməliyik. O zaman daha tez və müsbət nəticə əldə edə biləcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleş Svoboda tarixə ilk çex astronavtı kimi düşəcək
21:12 08.06.2026
Dünya
Xameneinin harada dəfn olunacağı açıqlandı
21:00 08.06.2026
Dünya
Yeni güc mərkəzi: Bakı, Ankara və Tbilisi birləşir - TƏHLİL
21:00 08.06.2026
Gündəm
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm