"Problemlər təkcə icra başçılarında deyil, arada vasitəçi olan adamları da araşdırmaq lazımdır" - ÇIXIŞ YOLU
Şəymən Bayramova
13:18 24.05.2020
Aktual
841
Son zamanlar Azərbaycanda korrupsiyaya bulaşan iri ranqlı məmurlar vəzifədən azad edilir, həbs olunurlar. Xüsusilə də əməllərinə görə ictimaiyyət arasında "kiçik padşahlar” adlandırılan icra başçılarına qarşı dövlət tərəfindən sərt iradənin şahidi oluruq.
Rüşvətxor, xalqın cibinə, dövlətin büdcəsinə girən icra başçılarının aqibətini hər kəs görür. Hesab edilir ki, atılan bu cür addımlar Azərbaycan dövlətinin inkişafına, yüksəlişinə gətirib çıxaran hallardır. Dövlət-vətəndaş arasında narazılıq yaradan bu şəxslərin həbs olunması sadə vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Eyni zamanda insanlar artıq məmurlarla bağlı narazılıqlarını ictimailəşdirməkdən çəkinmirlər. Hadisələr həm də bu kimi gizlinlərin aşkara çıxmasına şərait yaradır.
Sosial şəbəkələrdə, mətbuat səhifələrində yazılan şikayətlərdən belə aydın olur ki, bəzi icra başçıları bu qədər hadisələrə rəğmən hələ də qanunsuz əməllərindən əl çəkmirlər. İcra başçıları nə üçün baş verənlərdən nəticə çıxarmırlar?
Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, icra başçılarının təqdimatını Prezidentə verən şəxslər araşdırılmalıdır:
“Ümumiyyətlə, bu adamları anlamaq çox çətindir. Çünki cənab Prezident onlara çox böyük etimad göstərir. Amma təəssüflər olsun ki, o adamlar işə çıxan kimi xalqın “dərisini soymağa” başlayırlar. Açığı, bu təfəkkürü anlamaq çox çətindir. Bunun izahını tapa bilmirəm. Görünür bunların vicdanında, genində, qanında bir problem var. Bunu etmək üçün insan çağdaş dəyərlərdən xəbərsiz, anormal düşüncədə olmalıdır. Digər tərəfdən, maraqlıdır ki, bu cür adamların namizədliyini Prezidentə kim təqdim edir? Bilirik ki, Prezident ona təklif olunan namizədlərin arasından seçim edib vəzifəyə təyin edir. Bu adamların Prezidentin masasına qədər gedib çıxmasına vasitəçi olanları tapmaq lazımdır. Düşünürəm ki, problemlər təkcə icra başçılarında deyil. Arada vasitəçi olan adamları da araşdırmaq lazımdır. Çünki yəqin problem o vasitəçi olan adamdadır. Hər kəsə bir daha aydın olmalıdır ki, ölkəmizdə korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilinə qədər bu mübarizə davam edəcək və Azərbaycan Prezidentinin bu qətiyyəti daim xalqımızın hər bir vətənsevər fərdi tərəfindən sonadək dəstəklənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət