
Qanunsuz miqrantlar istənilən ölkə üçün potensial təhlükədir - EKSPERT
Yusif Nəzərli
06:02 11.06.2025
Aktual
485
Gürcüstan hökuməti bu kimi halların qarşısını almaq üçün effektiv yollar axtarır
Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb. Bu barədə “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.
Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.
Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri, deputat Azər AllahverənovSherg.az-a açıqlamasında bildirib ki, hər bir dövlətin təhlükəsizlik siyasətində qanunsuz miqrasiyaya qarşı mübarizə vacib elementlərdən biridir. Deputatın fikrincə, qanunsuz miqrantlar istənilən ölkə üçün potensial təhlükə hesab olunur və ictimai asayişin qorunması baxımından risk daşıyırlar: “Rusiyanın paytaxtı Moskva şəhərindəki ‘Crocus City Hall’da baş verən terror aktı bilavasitə Tacikistandan olan qanunsuz miqrantların iştirakı ilə törədilmişdi. Bu fakt sonradan Rusiya hökumətinə miqrasiya siyasətini daha da sərtləşdirmək üçün əsas verdi”.
A.Allahverənov həmçinin bildirib ki, son zamanlar Gürcüstanda baş verən hökumət əleyhinə etiraz aksiyalarında da miqrantların fəal iştirakı müşahidə olunub. Onun sözlərinə görə, bəzən bu miqrantlar ölkəyə qanunsuz yollarla daxil olur və etirazlara sistemli şəkildə cəlb olunurlar:
“Gürcüstan hökuməti bu kimi halların qarşısını almaq üçün effektiv yollar axtarır. Məqsəd – təhlükə mənbələrini minimuma endirmək və mülki asayişin pozulmasının qarşısını almaqdır. Qanunsuz miqrantların ölkədən çıxarılması, eyni zamanda, xarici təsirlərin azalmasına da xidmət edir”.
Bu dəyişikliklərin Azərbaycan vətəndaşlarına təsirinə gəldikdə isə deputat qeyd edib ki, dəyişikliklər qanunsuz əsaslarla Gürcüstan ərazisində yaşayan bütün miqrantlara şamil olunacaq. Qalma müddəti və təqdim ediləcək sənədlərlə bağlı tələblər sərtləşdirilsə də, bu, Gürcüstana qanuni əsaslarla səfər edən Azərbaycan vətəndaşları üçün heç bir təhlükə törətmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual