"Qətiyyətli tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb" - Müəllim Prezidentə təşəkkürünü bildirib

 Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mühüm qərarlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır.

Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Sherg.az Şəki Dövlət Regional Kollecinin müəllimi Namiq Hacıyevin dövlət başçısına ünvanladığı məktubu təqdim edir: 

Möhtərəm cənab Prezident.
Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin uzaqgörən və müdrik siyasətiniz, həyata keçirilən qətiyyətli qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradıb.
Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Sonra Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı.
Mən doğma Azərbaycanımı dünyada ən xoşbəxt ölkə hesab edirəm. Çünki bu xalqın Sizin kimi mərd oğlu, müdrik Prezidenti vardır. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram.