Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Bu hadisənin harada, necə baş verdiyi dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmalıdır. 34 ildir Xocalı mövzunu sərgilərimdə işıqlandırıram.
Bunu AZƏRTAC-a açıqlamasında dünyaşöhrətli fotojurnalist Reza Deqati deyib.
O, indiyədək dünyanın müxtəlif ölkələrində 373 sərgi keçirdiyini, 40-dan çox kitabının nəşr olunduğunu bildirib: "Bu həqiqətlərin səsini dünyaya çatdırmaq üçün çoxsaylı konfranslarda çıxış etmişəm. Mən xocalıların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışmışam və bu missiyanı bu gün də davam etdirirəm. Bu mövzu daim gündəmdə saxlanmalı, yaddaşlardan silinməməli və gələcək nəsillərə ötürülməlidir”.