
Rusiya buğdasını daşıyan qatar artıq Azərbaycan üzərindən keçdi
09:50 06.11.2025
Aktual
446
Bu, sülh gündəliyinə böyük töhfədir
“İlham Əliyevin bəyanatından cəmi 15 gün sonra nəticə ortadadır”
Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib.
Noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb. Bu, müharibədən sonra ilk dəfə olaraq Azərbaycan ərazisindən Ermənistana tranzit yük daşınmasının həyata keçirilməsi kimi tarixə düşüb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Politoloq Sona Əliyeva “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan logistika imkanları və coğrafi baxımdan elə bir mövqedədir ki, istər Şərq-Qərb, istər Şimal-Cənub, istərsə də Orta Dəhliz layihələrində əsas mərkəz rolunu oynayır:
“Ən son yayılan məlumata görə, Rusiyadan Ermənistana gedən buğda yüklü qatar artıq Azərbaycan ərazisindən Gürcüstan istiqamətinə keçib. Rusiya buğdasını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Azərbaycan tərəfinin bu istiqamətdə gördüyü işləri Qazaxıstan, Rusiya və Ermənistan rəsmiləri də yüksək qiymətləndirirlər. Fikrimcə, bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Artıq bu bəyanatdan 15 gün keçməmiş ortada ciddi nəticələr mövcuddur. Bu hadisə Zəngəzur dəhlizinin açılması məsələsində də müəyyən nailiyyətlərə gətirib çıxaracaq. Üstəlik, Azərbaycanın iki şərtinin Ermənistan tərəfindən yerinə yetirilməsi prosesinə də mühüm töhfələr verəcəkdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Papayla görüşdü
14:44 09.12.2025
Dünya
Putin Lavrova yeni müavin təyin edib
14:30 09.12.2025
Dünya
Lukaşenko TŞ-nin iclasını çağırdı
14:24 09.12.2025
Dünya
Türkiyədən iki şəhər dünya siyahısında yer alıb
14:11 09.12.2025
Maraqlı
Pensiya alanların nəzərinə!
14:10 09.12.2025
Sosial
Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ
14:02 09.12.2025
Mədəniyyət
Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
13:37 09.12.2025
Rəsmi
Böyük Britaniyanın ticarət elçisi Azərbaycana səfər edəcək
13:30 09.12.2025
Siyasət
Salah: Sanki klub məni avtobusun altına atıb
13:26 09.12.2025
Futbol
Nikol Paşinyan Almaniyada səfərdədir
13:23 09.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:10 09.12.2025
Ekologiya
KTMT-dən MDB ilə bağlı qərar
12:57 09.12.2025
Dünya
Bakıda iki gün leysan olacaq - XƏBƏRDARLIQ
12:50 09.12.2025
Ekologiya
Suriyada hərbi fəallıq: Türk ordusu hərəkətə keçdi
12:43 09.12.2025
Dünya
Televiziya rəhbərlərinə seminarlar keçirilməlidir -TƏKLİF
12:30 09.12.2025
Media
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
12:18 09.12.2025
Cəmiyyət
Əli Əsədov: Hərbi parad şanlı qələbənin təntənəsinə çevrildi
12:04 09.12.2025
Hərbi