
Rusiya hadisədən boyun qaçırmağa çalışır: Azərbaycan buna icazə verməyəcək!
Yusif Nəzərli
08:19 28.01.2025
Aktual
695
“Rəsmi Kremlin təyyarənin vurulması ilə bağlı mövqeyi çox təəssüf ki, birmənalı xarakter daşımır. Bir tərəfdən Rusiya Federasiyasının prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzrxahlıq edir, digər tərəfdən isə Federal Təhlükəsizlik Xidmətinə “tabe” olan media qurumları və ayrı-ayrı şəxslər vasitəsilə anti-Azərbaycan kampaniyasına rəhbərlik edir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
O söyləyib ki, bu qeyri-konstruktiv mövqe heç bir halda müttəfiq hesab etdiyimiz dövlətdən gözlənilən yanaşma deyil:

“Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, Rusiya təyyarə qəzası ilə bağlı məsuliyyətdən yayınmağa və məsələni gündəlikdən çıxarmağa cəhd edir. İlk olaraq quş sürüsü ilə toqquşma və ya qaz balonunun partlaması kimi absurd iddialar da buna bariz nümunədir. Amma dövlət başçımızın qətiyyətli mövqeyi, aydın və konkret tələblərin ifadə olunması Rusiya tərəfinin planlarını mümkünsüz etdi. Artıq rəsmi Moskva çox gözəl anlayır ki, cinayətkarlar cəzalandırılmadan və rəsmi olaraq təzminatla bağlı tələblərimiz yerinə yetirilmədən araşdırma prosesinin yekunlaşması qeyri-mümkündür. Çünki Azərbaycan buna heç vaxt icazə verməz. Belə olan halda alternativ vasitələrlə Azərbaycana qarşı əsassız və absurd iddiaların müzakirəyə çıxarılması cəhdləri davamlı şəkildə müşahidə edilməyə davam edir. Əslində bu addım Azərbaycanın haqlı tələblərinin qarşısında Rusiyanın nə qədər çıxılmaz vəziyyətdə qaldığını göstərir. İstənilən halda rəsmi Moskvanın atdığı hər belə addım ikitətəfli münasibıtlərə zərbə vurmaqdan başqa heç bir təsir gücünə və ya reallığı dəyişmək potensialına sahib deyil. Düşünürəm ki, aparılan araşdırmaların nəticələri yavaş-yavaş məlum olduqca Rusiyada anti-Azərbaycan kampaniyasına alət olmuş hərkəs və bu kampaniyanın sifarişçiləri haqlı tələblərimizin yerinə yetirilməsindən başqa çıxış yollarının olmadığını anlamaq məcburiyyətində qalacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir
07:51 24.08.2026
Dünya
Çin Ayın ən soyuq yerlərindən birində buz axtaracaq
07:17 24.08.2026
Maraqlı
Premyeraya iti ilə qatıldı
06:00 24.08.2026
Şou
Ürəyiniz üçün portağal yeyin
05:15 24.08.2026
Sağlamlıq
Norveç Kralı V Haraldın vəziyyəti kəskin şəkildə pisləşib
04:34 24.08.2026
Dünya
Tramp amerikalıları bahalaşma ilə bağlı xəbərdar edib
03:50 24.08.2026
Son dəqiqə
“Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb
01:48 24.08.2026
Futbol
Prezidentlər mətbuata bəyanatla çıxış etdilər
01:25 24.08.2026
Rəsmi
Tofiq Bakıxanov vəfat etdi
00:12 24.08.2026
Cəmiyyət
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
23:50 23.08.2026
Rəsmi
Suriya XİN rəhbəri və “Mossad”ın direktoru arasında görüş olub
23:03 23.08.2026
Dünya
İranda böyük qaz yatağı kəşf edildi
22:41 23.08.2026
Region
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol