Rusiya hərbi gəmiləri Xəzərdə ! - Ənənəvi təlim, yoxsa əzələ nümayişi? - ŞƏRH
Fidan Həmişəyeva
15:06 16.10.2020
Aktual
1311
“Azərbaycan Qarabağda uğurlu hərbi əməliyyatlarını davam etdirəcək”
“Bu kimi ssenarilər Azərbaycanın beynəlxalq hüquqa uyğun hərbi əməliyyatlarına mane ola bilməyəcək”
“Rusiyanın Xəzərdə bu təlimləri ənənəvidir və Azərbaycana qarşı təhdid ola bilməz”
Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hərbi təlimlərə 6 gəmi, 7 təyyarə və 400-dən çox hərbi qulluqçu cəlb olunub. Qeyd olunub ki, hərbi təlimlər Xəzər dənizinin mərkəzi hissəsində, Abşeron yarımadasının şimalında keçirilir.
İndiki məqamda Rusiyanın Xəzər dənizində hərbi təlimlərə başlaması müxtəlif suallar doğurur. Maraqlıdır, hərbi təlimlərin keçirilməsi vaxtı əvvəlcədən müəyyən olunub, yoxsa bu, Azərbayana bir əzələ nümayişidir?
Sualımızı cavablandıran politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a bildirib ki, Rusiyanın Xəzər dənizində keçirdiyi hərbi təlimlər ənənəvidir. Analitikin qənaətincə bu təlimlərin Azərbaycana qarşı hər hansı bir mesajı ola bilər:
“Amma təlimlər həlledici deyil. Ümumiyyətlə, Rusiya Azərbaycanla əlaqələrin korlanmasında maraqlı deyil.
Rusiya prezidenti Vladimir Putin də Qarabağda hərbi əməliyyatların Azərbaycanın daxilində olduğunu qeyd etmişdi. Hesab edirəm ki, Xəzərdə Rusiyanın Azərbaycana qarşı problem yaradacağı real görünmür.
Çünki geosiyasi bir nizamda Azərbaycan tək deyil. Türkiyə Azərbaycanı dəstəkləyir. Azərbaycan Qarabağda uğurlu hərbi əməliyyatlarını davam etdirəcək.
Bu kimi ssenarilər Azərbaycanın beynəlxalq hüquqa uyğun hərbi əməliyyatlarına mane ola bilməyəcək. Rusiyanın Xəzərdə bu təlimləri ənənəvidir və Azərbaycana qarşı təhdid ola bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət