“Rusiya ölkəmizə təzminatın ödənilməsinə “qapı açmır”” - Aktual
Fidan Həmişəyeva
09:43 19.02.2021
Aktual
958
Fərhad Mehdiyev: “Müharibə təzminatları beynəlxalq məhkəmələr vasitəsilə geri qaytarılmır”
“Bu məsələ danışıqlar masasında dilə gətirilir. Müharibəni haqsız aparan tərəf təzminat ödəməlidir”
“Ermənistan haqsız yerə müharibə aparıb, bunun da sübutu 3 rayonu tərk etməkləridir”
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, Qarabağa qarşı olan təcavüzkar siyasəti 30 ilə yaxın davam etdi və edir. Qarabağ bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Ermənistanın ölkəmizə arşı ərazi iddiasının tarixi kökləri, işğalçı xarakteri “Böyük Ermənistan” yaratmaq xülyasının nəticəsi idi. Nəhayət 28 illik həsrət 2020-ci ilin 10 noyabrında sona çatdı. Düşmən kapitulyasiya sənədini imzalamağa məcbur oldu. Lakin Ermənistan məğlub olana qədər xain və separatçılıq niyyətindən əl çəkmədi. Separatçı rejim bu illər ərzində tarixi-dini abidələrimizi məhv edib. 44 günlük müharibədə dövlətimizə maddi və mənəvi ziyan vurulub. Söhbət 50 milyard dollardan gedir.
Sözügedən məbləğin təzminat olaraq tələb edilməsi gündəmə gətirilməlidir. Rəsmi İrəvan son günlər revanş məsələsini aktuallaşdırır. Belə olan halda Azərbaycan tərəfinin də diqqət yetirməli olan nüanslardan biri Ermənistandan vurduqları maddi zərərin tələb edilməsidir. Bəs, məsələnin beynəlxalq müstəvidə həlli üçün nələr etməliyik?
Politoloq Fərhad Mehdiyevin “Sherg.az”a açıqlamasına görə, adətən müharibə təzminatları kapitulyasiya imzalandıqdan sonra siyasi masaya yatırılır və müzakirələr aparılır:
“Tərəflər çox vaxt maddi vəsaiti sadəcə bir qismini ödəyirlər. Maraqlıdır, elə bir müharibə olubmu ki, tərəflərdən biri vurduğu zərəri tam olaraq ödəsin? 10 noyabr tarixli atəşkəs tam yox, qismən kapitulyasiya aktı idi. Çünki Ermənistanın 3 rayondan çıxması bəyanatı kapitulyasiya aktına oxşatdı. Lakin rəsmi İrəvanın 3 rayondan çıxması o demək idi ki, onlar məğlubiyyətlərini qəbullandılar. Hər bir halda müharibə təzminatları kapitulyasiya aktı imzalandıqdan sonra müzakirə olunur və müvafiq müqavilə imzalanır. Amma bizdə belə bir danışıqlar getmir”.
F.Mehdiyevin qənaətincə, Azərbaycan tərəfi 11 yanvar 2021-ci ildə Moskvadakı üçtərəfli görüşdə təzminat məsələsini irəli sürüb. Ancaq Rusiya bu məsələdə maraqlı deyil:
“Çünki rəsmi Kreml Azərbaycana vurulan maddi ziyanın ödənilməsini heç vaxt səsləndirmir. Amma Prezident İlham Əliyev çıxışlarında, verdiyi müsahibələrdə təzminatın ödənilməsi barədə fikir bildirib. Rusiya isə üçtərəfli danışıq zamanı ölkəmizə dəyən ziyanın ödənilməsinə “qapı açmır”.
Bütün bunlar o demək deyil ki, Azərbaycan təzminatdan imtina etməlidir. Amma müharibə təzminatları beynəlxalq məhkəmələr vasitəsilə geri qaytarılmır. Bu məsələ danışıqlar masasında dilə gətirilir.
Müharibəni haqsız aparan tərəf təzminat ödəməlidir. Vətəndaşlarımız Avropanın İnsan Hüquqları üzrə Məhkəməsinə müraciət edib, haqlarını tələb edə bilərlər. Lakin dövlətimizin 50 milyard dollara görə, hansısa beynəlxalq məhkəməyə müraciət etmək imkanı məhduddur. Məsələni üç və yaxud ikitərəfli görüş zamanı irəli sürmək lazımdır.
Ermənistan haqsız yerə müharibə aparıb, bunun da sübutu 3 rayonu tərk etməkləridir. Ona görə də Azərbaycana ən azı bu 3 rayonu dağıtdıqları üçün təzminat ödəməlidirlər. Bu məsələni irəli sürməyə tam haqqımız var.
Hüquqda hansısa bir əmlakın maddi əsası, bir də prosesual yolları var. Ölkəmizin təzminat istəməyə maddi əsası var, amma prosesusal yollar qeyri-müəyyəndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat