
Rusiya təzyiqləri dayandırmayıb: Proseslərin gedişi hər şeyi göstərəcək
12:44 25.10.2025
Aktual
616
Əli Oruclu: "Moskva faktiki olaraq siyasi motivli həbsdə saxladığı soydaşlarımızı azad etməyib"
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycan və Rusiya prezidentləri Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində oktyabrın 9-da keçirdikləri görüşün davamı olaraq ikitərəfli gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Dövlət başçıları iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsinə qarşılıqlı maraqlarını təsdiqləyiblər. Telefon söhbəti zamanı regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub. Məlumat üçün onu da bildirək ki, "Sputnik Azərbaycan"ın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. O, daha sonra Rusiyaya yola salınıb.
Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, Rusiya-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə qalxmasını və tam normallaşmasını söyləmək hələlik çətindir. Ekspert vurğulayıb ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri V.Putin arasında keçirilən görüş zamanı liderlər mövcud gərginlikdən çıxmaq istiqamətində bəyanatlar verdilər:

"Ardınca Bakı ilk xoşməramlı addımını atdı. "Sputnik Azərbaycan"nın Bakıda həbsdə olan icraçı direktoru İqor Kartavix azadlığa buraxılaraq Rusiyaya yola salındı. Rusiya Mədəniyyət Evinin fəaliyyəti ilə bağlı hüquqi prosedurlar da icra olunur. Lakin Moskvanın hələ adekvat cavabı görünmür. Heç bununla bağlı siqnallar da gözə dəymir. Rusiya tərəfindən ötən ilin dekabrında vurulan sərnişin təyyarəsi ilə bağlı məsələ çözülməyib. Rusiyanın təzyiqlərini dayandırdığını düşünmürəm. Moskva faktiki olaraq siyasi motivli həbsdə saxladığı soydaşlarımızı azad etməyib. Azərbaycanlı miqrantlara və Azərbaycan əsilli vətəndaşlarına qarşı mövqeyi də yumşalmayıb. Sadəcə, mediada anti-Azərbaycan təbliğat bir qədər səngiyib".
Ə.Oruclunun sözlərinə görə, iqtisadi və nəqliyyat kommunikasiyası ilə bağlı təmasların artdığı müşahidə edilir:
"Qərbin Moskvaya təzyiqlərinin artması, xüsusən yeni və daha sərt sanksiyaların tətbiqi, Ukraynaya silah dəstəyini artırması Putini çətin duruma salıb. Son sanksiyalar Rusiyaya böyük itkilər vəd edir. Hətta bu sanksiyaların ölkə iqtisadiyyatını çökdürəcəyi proqnozlaşdırılır. Belə çətin durum Kremli məcbur edir ki, Bakı ilə münasibətləri yaxşılaşdırsın, onu özündən incik salıb uzaqlaşdırmasın. Əgər Rusiya həbs etdiyi azərbaycanlı diaspor rəhbərini sərbəst buraxmasa və miqrantlara qarşı qeyri-insani rəftarından imtina etməsə, bu o deməkdir ki, Düşənbə görüşündə Rusiya prezidentinin verdiyi açıqlamalar havada qalıb. Proseslərin gedişi hər şeyi göstərəcək".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm