Rusiya Ukrayna ilə ərazi mübadiləsi edəcək? - Kreml

Rusiya Ukrayna ilə ərazi mübadiləsi ehtimalını istisna edir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski açıqlama verib.

O bildirib ki, ərazilərin mümkün mübadiləsi məsələsi müxtəlif tərəflər vasitəsilə vaxtaşırı gündəmə gətirilsə də, Moskva belə bir varianta imkan vermir.

O, Rusiyanın Ukraynanın Kursk vilayətinə müdaxiləsindən sonra sərhəd boyunca təhlükəsizlik zonasının yaradılması barədə qərar qəbul edildiyini xatırladıb: “Prezident bu barədə dəfələrlə danışıb. Hazırda həmin zona kifayət qədər genişdir, genişlənir və genişlənməkdə davam edəcək”.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib.