Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib


Rusiyada koronavirusa yoluxanların sayı 3,4 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 22 851 nəfər virusa yoluxub, 456 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 401 954 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 61 837 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 778 889 şəxs virusdan sağalıb, 561 228 nəfərin müalicəsi isə davam edir.