Şaxtanın qəhrəmanları...
Turan
08:07 11.02.2021
Aktual
567
Əsgərləri donvurmadan qorumaq üçün iş aparılır
"Sərt iqlim şəraitinə malik ərazilərdə xidmət keçən şəxsi heyət fiziki və psixoloji yoxlamalardan keçməlidir"
"İqlim şəraiti çox sərt olan, dəniz səviyyəsindən xeyli yüksək ərazilərdə xidmət göstərən hərbçilərin qida rasionu, şəraiti də fərqli olur"
Qış mövsümü ərzində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında rast gəlinən mühüm problemlərdən biri də donvurmadır. Yüksək dağlıq rayonlarda hava şəraitinin tez-tez dəyişməsi, hündürlük artdıqca havada oksigenin azalması, eləcə də fiziki və psixi yorğunluq hərbi qulluqçulara ciddi təsir göstərir. Bəzi hallarda isə döyüş mövqeyində olan hərbçilər arasında donvurma hallarına səbəb olur. Donvurmaya adətən, bədənin açıq yerləri - burun, qulaq və ətraflar məruz qalır.
Soyuq və şaxtalı havalarda dar və ya nəm ayaqqabı, ayaqların tərləməsi, əlcəksiz iş görmək, hərəkətsizlik, fəslə uyğun olmayan paltar geyinmək və ya nəmli paltar donmaya əlverişli şərait yaradır. Buna görə də bu xəstəliklərin qarşısının alınması üçün Azərbaycan Ordusunda mütəmadi olaraq profilaktik tədbirlər görülür. Müxtəlif iqlim xüsusiyyətlərinə malik ərazilərdə hərbi qulluqçular hava şəraitinə müvafiq geyimlərlə təmin edilirlər. Silahlı Qüvvələrin Baş Sanitar həkimi, tibb xidməti polkovnik-leytenantı Surxay Məmmədov qeyd edib ki, donvurma çox vaxt şaxtalı qış günlərində, temperatur 10 dərəcədən aşağı olduqda baş verir. Lakin uzun müddət yataqxanadan kənarda qaldıqda, hətta bəzən havanın temperaturu 0 dərəcədan yuxarı olduqda, yaz və payız aylarında da rast gəlinə bilər. Donvurmaya məruz qalmamaq üçün görülən qabaqlayıcı tədbirlərdən danışan həkim bildirib ki, xidməti yerlərinə göndərilməzdən əvvəl hərbi qulluqçular tibb məntəqəsində müayinədən keçirilir, ehtiyac olduqda hospitallarda dərin tibbi müayinə aparılır. Hərbi hissələrdə donvurmaların qarşısının alınması üçün isə metodik köməklik göstərilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən telefonoqramlar və məktublar göndərilir. Hərbi həkimlər tərəfindən şəxsi heyət məlumatlandırılır.
Hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında vurğulayıb ki, sərt iqlim şəraitinə malik ərazilərdə xidmət keçən şəxsi heyət fiziki və psixoloji yoxlamalardan keçməlidir. Ekspertin sözlərinə görə, müvafiq yoxlamadan sonra hərbçilər bütün zəruri vasitələrlə, xüsusi isti geyimlər, yataq dəstləri, qızdırıcı avadanlıqlara təchiz olunur və xidmətə göndərilir:
“İqlim şəraiti çox sərt olan, dəniz səviyyəsindən xeyli yüksək ərazilərdə xidmət göstərən hərbçilərin qida rasionu, şəraiti də fərqli olur. Həmçinin, manqa, tağım və bölüklərdə sanitar-atıcılar, yaxud ştatdankənar sanitarlar təyin olunurlar. Taborlarda isə tibb məntəqələri daim fəaliyyət göstərir. Bu məntəqələrdə bir neçə sanitarla bərabər müxtəlif ixtisaslar üzrə peşəkar həkimlər çalışır. Qış aylarında, şaxtalı günlərdə donvurmaya qarşı təcili tədbirlərin həyata keçirilməsini öyrətmək məqsədi ilə heyət arasında xüsusi kurslar, maarifləndirici işlər görülür. Birinci Qarabağ müharibəsində ayaq nahiyəmi, barmağımı don vurmuşdu. Hərbi məktəbdə praktikada olarkən də belə halla qarşılaşmışdım”.
Ə.Verdiyev vurğulayıb ki, çox vaxt insan donvurmanı hiss etmir. Bəzi hallarda isə yuxuda olarkən donvurma baş verir:
“Ona görə də komandir davamlı olaraq profilaktik tədbirlər görməli, növbə çəkən heyəti daim nəzarətdə saxlamalıdır. Eyni zamanda kəskin soyuqlar zamanı şəxsi heyətin qidalanmasına və isti geyimlərlə təchizatına xüsusi önəm verilməlidir. Müharibədən sonra Azərbaycan Ordusunda təchizatla bağlı tədbirlə tam şəkildə həyata keçirilir. Şəxsi heyətin donvurmadan zərər çəkməməsi üçün bütün zəruri addımlar atılır. Təbii ki, bütün tədbirlərlə yanaşı, zabit və əsgərlər öz qayğılarına qalmalı, donvurma və digər xəstəliklərin zərərlərindən maksimum qorunmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm