Yeni ilin ilk günü əhali qaz sıxıntısı yaşadı. Yeni ilin gəlişi ilə tarif yenilənməsi prosesi başladı, amma sistem işləmədi. Problem smart-kart tipli sayğaclarda yaranıb. Abonentlər yanvarın ilk günü karta pul yükləyib qaz vurdurmaq istəsələr də mümkün olmayıb. Sumqayıtda vəziyyət daha da gərgin olub. 2 gün qazsız qalan Sumqayıt sakinləri yolu bağlayaraq etirazlarını bildiriblər. Bundan sonra “Azəriqaz” İB əl-ayağa düşərək problemin aradan qaldırılmasına çalışıb. Nəhayət günün sonunda sayğaclara qaz yüklənib. Paytaxtda da eyni hal yaşanıb. Abonentərin bir çoxu sayğaclara qaz yüklənmədiyini sosial şəbəkə üzərindən bildirib, narazılıqlarını ifadə ediblər.
Belə ehtimallar var ki, sistemin işləmməəsi 2026-cı ildən etibarən təbii qaza görə sabit tarif tətbiq edlməsiylə bağlıdır. SOCAR administrasiyası hər ay təbii qaz sərfiyyatına görə abonentlərdən tutalacaq 1 manatın ödəniş sisteminə daxil edilməsi üçün sistemin yenilənməsini tələb edir. Bu da qarışıqlığa və sistemin çökməsinə səbəb olub.
“Azəriqaz”dan isə bildirikib ki, problem smart tipli sayğaclarda ödəniş sisteminin dayanmasıyla bağlı olub. Bu, ümumi sistemdəki problemdi. Hazırda problem aradan qaldırılır.
Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birlyinin sədri Mirvari Qəhrəmanlı Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu prosesdə başqa səbəb görünür:
- Başlayacaqlar yenə növbəti "sayğac əməliyyatına... Bu dəfə "hücum" smart tipli, kartla ödəniş olunan sayğaclara olacaq. Smart tipli sayğacları ləğv edib mexaniki sayğaclar quraşdırmağa başlayacaqlar. Bu, idarəetmədə səriştəsizliyin göstəricisidir. İnsanlar niyə qışın günü, bu soyuq, şaxtalı havada qazsız qlamalıdır? Sistemi elə qurmaq olardı ki ödənişlərdə heç bir problem yaranmazdı. Amma, bacarmırlar, ya da veclərinə deyil, kim qazsız qalacaq, kim qalmayacaq. Fəaliyyət göz qabağındadır.